Tovuz sakini mühərrikli velosiped düzəldib

Tovuzlu gənc Tural İsmayılov mühərrikli velosiped düzəldib.

O, aldığı hazır mühərriki velosipedə quraşdırıb və iki nəqliyyat vasitəsinin funksiyalarını birində cəmləşdirib.
İctimaixeber.com-ın Xezerxeber.az-a istinadən Tural İsmayılov 700 manata başa gələn bu nəqliyyat vasitəsini həm də motosiklet kimi istifadə edir.


Onun sözlərinə görə, hər gün bu velosipedlə 50 km-ə qədər yol qət edir. Üstəlik, yoxuşları da velosipedlə rahat qalxa bilir.


Tural İsmayılov bu velosipedə yağışda açıla bilən çətir, dönmə işıqları və fara da əlavə etmək istəyir.