Leyla Əliyeva ixtioz, kəpənək və immundefisit xəstəliyindən əziyyət çəkən uşaqlarla görüşdü

Bu gün Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ixtioz, kəpənək və immundefisit xəstəliyindən əziyyət çəkən uşaqlarla görüşüb.

İctimaixeber.com xəbər verir ki, paytaxtdakı Bona Dea Beynəlxalq Hospitalında keçirilən görüş zamanı Leyla Əliyeva uşaqların səhhəti və müalicələrinin gedişi ilə maraqlanıb.

Heydər Əliyev Fondunun dəstəyi ilə müalicə olunan uşaqlara hədiyyələr təqdim edilib.