Maska taxmayan vətəndaşları 50 manatdan 200 manatadək cərimə gözləyir

Maska taxmayan vətəndaşları 50 manatdan 200 manatadək cərimə gözləyir

Parlamentin ötən gün keçirilən iclasında İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikər müzakirə edilib. İclasda qoruyucu maskalarla bağlı tətbiq ediləcək cərimələr də təsdiqlənib. Maska taxmayan vətəndaşları müvafiq olaraq 50 manatdan 200 manatadək cərimə gözləyir.