“Yas və toy mərasimlərinə icazə vermək hələ tezdir” - Deputat

“Yas və toy mərasimlərinin keçirilməsinə icazə verilməsini söyləmək hələlik tezdir. Əgər vəziyyət stabilləşsə, bu məsələyə baxıla bilər”.

İctimaixeber.com xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib.

Onun sözlərinə görə, hələ ki dünyada növbəti dalğaların baş verməsindən söhbət gedir.

“Bu, daha çox insanların məsələyə nə qədər məsuliyyətli yanaşmasından asılı olacaq. Təəssüf ki, ölkəmizdə virusa yoluxanların sayı sürətlə artır. Bütün vətəndaşlarımız qaydalara tam əməl etmirlər. İnsanlarımızın narahatlığını anlayırıq. Ancaq hər birimiz səbrli və təmkinli olmalıyıq. Tezliklə proses bitəcək və insanlar normal həyat tərzinə qayıdacaq. Hər bir vətəndaş diqqətli olmalı, özünü və yaxınlarını qorumalı, birlik və bərabərlik nümayiş etdirməlidir. Bu həm də vətəndaş borcudur. Hamı bilməlidir ki, müvəqqəti çətinlikdir və müəyyən zamandan sonra həyat öz axarına qayıdacaq".