Bu yol iki gün bağlı olacaq

Aparılacaq təmir işləri ilə əlaqədar olaraq 4 və 5 iyun tarixlərində “3-cü mikrorayon” dairəsi üzərindən küçən yol ötürücüsünə “20 yanvar” dairəsi istiqamətindən giriş müvəqqəti olaraq məhdudlaşdırılacaq.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) Modern.az-a verilən məlumatda bildirilib.

Rəsmi məlumata görə, alternativ olaraq sürücülər prospektin köməkçi yolundan, həmçinin Asif Məhərrəmov, Ceyhun Səlimov və Əbdulvahab Salamzadə küçələrindən istifadə edə bilərlər.

Yarana biləcək müvəqqəti narahatlığa görə AAYDA vətəndaşlardan üzr istəyir.