Metro istifadəçilərinə ŞAD XƏBƏR! - Yeni stansiya açılır

Bakı metropoliteninin tikilməkdə olan "B3" şərti adlı stansiyasında tikinti işlərinin son mərhələsi aparılır. Mövcud şəraitdən asılı olaraq bu il B3 stansiyasının açılması planlaşdırılır.

İctimaixeber.com xəbər verir ki, bu fikirləri radio Antenn-də yayımlanan "Ekspert" verilişində "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

B.Məmmədov Bakı metropolitenində görülən son işlərlə bağlı açıqlama verib. Bildirib ki, hazırda Bakı metropoliteninin “Xocəsən” elektrik deposunun tikintisi sürətlə davam etdirilir. Deponun inşası ilə bağlı işlər qrafikə uyğun aparılır. Bundan başqa digər tunellərdə də müvfiq təmir-tikinti işləri aparılır.

B.Məmmədov həmçinin metro stansiyalarından birinə Polad Həşimovun adının verilməsi ilə bağlı sosial mediada müzakirə olunan fikirlərə münasibət bildirib:

"Ümumiyyətlə metronun hansısa stansiyalarına adların verilməsi "Bakı Metropoliteni" QSC-nin səlahiyyətində olan məsələ deyil. Stansiyaların adlandırılması və ya adlarının dəyişdirilməsi Nazirlər Kabinetinin səlahiyyətindədir. Həmçinin stansiyaların birinə general Polad Həşimovun adının verilməsi ilə bağlı təkilifin səsləndirilməsi "Bakı Metropoliteni"nin səlahiyyətində deyil. Yəni bu məsələlər yalnız Nazirlər Kabinetində müzakirə oluna və qərar verilər", deyə qurum rəsmisi bildirib.