Azərbaycanda bu gün koronavirusa yoluxan şagirdlərin sayı açıqlandı

Təhsil Nazirliyi ümumtəhsil müəssisələrində COVİD-19-la bağlı bu günə olan vəziyyəti açıqlayıb.

İctimaixeber.com bildirir ki, Nazirlikdən verilən məlumata görə, bu gün hərarəti 37 dərəcədən yuxarı olan şagirdlərin sayı 59, işçi heyətinin sayı 4 olub.
Bu gün virusa yoluxmuş şagirdlərin sayı 7, işçi heyətinin sayı 6 nəfər təşkil edib.