“Ad günün mübarək, Nigar...” - Hikmət Hacıyev

Prezidentin köməkçisi Hikmət Hacıyev işğalçı Ermənistan ordusunun oktyabrın 17-də gecə radələrində Gəncəni atəşə tutması nəticəsində həlak olan məktəbli Nigar Əsgərova ilə bağlı paylaşım edib.

İctimaixeber.com bildirir ki, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri öz tvitter heabında #adgününmübarəkNigar həştəqi ilə bu fikirləri qeyd edib:

“#adgününmübarəkNigar. Qonşumuz Ermənistan qaniçən olduğuna görə üzr istəyirik. Vətəndaşları, uşaqları öldürmək Ermənistan silahlı qüvvələrinin standart təcrübəsidir. Nigar, qonşuları ilə birlikdə doğum günündən bir gün əvvəl Ermənistanın Gəncə şəhərinə ölümcül raket hücumu nəticəsində öldürüldü”.

“Ad günün mübarək, Nigar...” - Hikmət Hacıyev