Qarabağ mitinqinə görə həbs olunan 21 nəfər azadlığa BURAXILDI

Orduya dəstək yürüşündə həbs olunan 21 nəfər ev dustaqlığına buraxılıb.

İctimaixeber.com xəbər verir ki, bu haqda Səbail rayon Məhkəməsində müvafiq qərar çıxarılıb.
Səbail rayon məhkəməsində hakim Ağamalı Qafarovun sədrliyi ilə keçirilənm prosesdə Qarabağ yürüşünə görə həbs olunan 36 nəfərdən 21-nin barəsində həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması haqda vəsatətə baxılıb.
Məhkəmə vəsatəti təmin edib.