Yaşından asılı olmayaraq təhsil işçilərinin vaksinasiya olunacağı tarix açıqlanıb

Müəllimlərimizin vaksinasiyası prioritet məsələlərdən biridir. Hər iki doza mütləq vurulmalıdır.

ictimaixeber.com xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev "Facebook"da canlı yayım zamanı sualları cavablandırarkən bildirib.

"800-900 min adam vaksin olub, heç nə olmayıb. Növbəti həftədən bütün təhsil işçiləri yaşından asılı olmayaraq vaksinasiya olunacaq", - deyə E.Əmrullayev vurğulayıb.

Təhsil naziri onu da bildirib ki, nə qədər tez vaksin vurularsa, o qədər tez immunitet formalaşar.