“Exit poll”: Bolqarıstanda parlament seçkilərində hakim partiya qalib gəlir

"Vətəndaşlar Bolqarıstanın Avropa İnkişafı uğrunda" siyasi partiyası (GERB) Demokra tik qüvvələrin İttifaqı ilə koalisiyada Bolqarıstanda keçirilmiş növbəti parlament seçkilərində qalib olub.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə seçkilərdə keçirilmiş “exit poll”da məlum olub.

Sorğunun məlumatına görə, GERB-ə təxminən 25,7 % seçici səs verib. Bolqarıstanın Sosialist Partiyası isə təxminən 17,6 % seçici səsi toplayıb.

Bolqarıstanın 45-ci Xalq Məclsində (parlament) həmçinin "Belə bir xalq var" Partiyası, “Hüquq və Azadlıqlar uğrunda Hərəkat”, "Demokratik Bolqarıstan", "Yüksəl. Mafiya rədd ol" vətəndaş platforması və VMRO Partiyasının nümayəndələri də çalışacaqlar.