Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil Əkbər Yusifoğlunun təqdimatında "Qanun və İcra" verlişi

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Respublikamızın tanınmış vəkili Əkbər Yusifoğlunun təqdimatında "Qanun və İcra" verlışıni 15 fevral tarixində həftənin şənbə günü saat 14:30-da canlı yayımda, verlişin təkrarı isə bazar günü saat 14:30-da "Dünya TV"-nin efirində nümayiş etdiriləcək.

Bu dəfə "Qanun və İcra" verlışındə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 84 – 92-ci maddələrini əhatə edən “Yetkinlik yaşına çatmayanların cinayət məsuliyyəti” mövzusu təhlil ediləcəkdir.
Verlişimizdə cəmiyyətimizin, millətimizin gələcəyi olan övladlarımızı cinayətə sövq edən mənfi tendensiyalardan, ağrılı problemlərdən və onların həlli yollarından, yetkinlik yaşına çatmayanların barəsində cinayət məsuliyyətinin və cəzasının xüsusiyyətlərindən danışılacaqdır.
Vətəndaşları və bilavasitə valideynləri bu mövzuda maarifləndirmək və arzuolunmaz hallara səbəb olan tendensiyalardan çəkindirmək üçün verlişimizə aşağıdakı siyahıda göstərilmiş mötəbər ekspertləri və mütəxəssisləri dəvət etmişik:

1. Abusəməd Səmədov – Azərbaycan Rspublikasının Vəkillər Kollegiyasının üzvü, vəkil.

2. Aytən Qurbanova – Azərbaycan Rspublikasının Vəkillər Kollegiyasının üzvü, vəkil.

3. Şahin Məmmədov – Tanınmış hüquqşünas-ekspert.

4. Sədaqət Paşayeva – Hüquq müdafiəçisi.

5. Nigar Muradova – Ailə məsələləri üzrə ekspert.

Yeganə Telmanqızı
“İctimaixeber.com”