XOCALI BİZİ SƏSLƏYİR

“Xocalıya ədalət!” kampaniyası çərçivəsində “Xocalı bizi səsləyir” adlı sərgi tədbir keçirildi.

İctimaixeber.com xəbər verir ki, fevralın 21-də Şuşa Dövlət Musiqili Dram Teatrında Yasamal rayon Heydər Əliyev Mərkəzinin, Azərbaycan Rəssamlar İttifaqının və Şuşa Dövlət Musiqili Dram Teatrının birgə təşkilatçılığı ilə Xocalı faciəsinin 28-ci ildönümü ilə əlaqədar “Xocalıya ədalət!” kampaniyası çərçivəsində “Xocalı bizi səsləyir” adlı sərgi tədbir keçirildi. Tədbirdə Yasamal rayon Heydər Əliyev Mərkəzinin direktoru Naminə Ömərova, Meksika səfirinin müavini Alberto Aura Gonzalez, Şuşa Dövlət Musiqili Dram Teatrının rəhbəri Yadigar Muradov, Azərbaycan Rəssamlar İttifaqının fəxri üzvləri Aygun və Elnurə İsgəndərovalar, rəssamlar , Yasamal rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları, Şəhid ailələri, Qazilər, Xocalı sakinləri və media nümayəndələri iştirak etdilər. Tədbir iştirakçıları öncə teatrın foyesində “Xocalı bizi səsləyir” adlı rəsm sərgisi və Yasamal Heydər Əliyev Mərkəzinin təşkil etdiyi kitab sərgisi ilə tanış oldular.
Xocalı Soyqrımı qurbanlarına həsr olunmuş əsərlər haqqında qonaqlara ətraflı məlumat verildi, Yasamal rayon Heydər Əliyev Mərkəzi tərəfindən Meksika səfirinin müavini Alberto Aura Gonzalezə Xocalı faciəsini və Qarabağ həqiqətlərini özündə əks etdirən xarici dildə nəşr olunmuş kitablar hədiyyə olundu.

Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbiri giriş sözü ilə Yasamal rayon Heydər Əliyev Mərkəzinin direktoru Naminə Ömərova açaraq bildirdi ki, Xocalı soyqırımı erməni silahlı birləşmələrinin Azərbaycana hərbi təcavüzünün ən qanlı səhifəsidir. Qeyd etdi ki, bu soyqırıma ilk dəfə olaraq hüquqi-siyasi qiymət ulu öndər Heydər Əliyev tərəfindən verilib .O öz çıxışında Xocalı həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması və faciənin mənəvi və siyasi-hüquqi cəhətdən tanınmasına yönəlmiş, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə fəaliyyətə başlayan “ Xocalıya ədalət “ beynəlxalq kampaniyasının əhəmiyyətindən bəhs etdi.
Tədbirdə çıxış edən digər qonaqlar və sərginin təşkilatçıları Elnurə və Aygun İsgəndərovalar XX əsrin sonunda ermənilərin Xocalıda törətdikləri soyqırımın indiyədək bəşəriyyətə qarşı yönəldilmiş ən ağır cinayətlərdən biri kimi qiymətləndirilməsindən və bu faciə qurbanlarının başına gətirilmiş müsibətlərdən danışdılar. Nümayiş olunan sərginin Xocalı faciəsini bir daha yad etmək, onun mahiyyətini gənc nəsillərə anlatmaq məqsədilə təşkil olunduğunu bildirdilər.
Tədbirdə Şuşa Dövlət Musiqili Dram Teatrının aktryorlarının təqdimatında “Xocalı faciəsi” adlı ədəbi-bədii kompazisiya nümayiş olundu

Yeganə Telmanqızı
“İctimaixeber.com"

XOCALI BİZİ SƏSLƏYİR
XOCALI BİZİ SƏSLƏYİR
XOCALI BİZİ SƏSLƏYİR
XOCALI BİZİ SƏSLƏYİR
XOCALI BİZİ SƏSLƏYİR
XOCALI BİZİ SƏSLƏYİR
XOCALI BİZİ SƏSLƏYİR
XOCALI BİZİ SƏSLƏYİR