Xocalı faciəsinin qurbanları Berlində anılır

Bu gün Xocalı faciəsinin qurbanları Berlində anılır.

Türkiyənin “HaberGlobal” televiziyası məlumat verir ki, Avropada yaşayan azərbaycanlılar Berlində bir yerə toplaşaraq, faciədə həyatlarını itirənləri yad ediblər.

Yürüşdə dünyanın 30-dan çox diaspor təşkilatının nümayəndələri də iştirak edib.

Onlar “Qarabağa ədalət”, “Xocalıya ədalət” şüarları səsləndiriblər.