Kolleclərə sənəd qəbulu başladı - Qəbul martın 11-dək aparılacaq

Orta ixtisas təhsili müəssisələrinə 9 illik orta təhsil bazasında tələbə qəbulu elan edib.

İctimaixeber.com xəbər verir ki, Dövlət İmtahan Mərkəzi 2020/2021-ci tədris ili üçün orta ixtisas təhsili müəssisələrinə 9 illik orta təhsil bazasında tələbə qəbulu elan edib. Ərizələrin qəbulu martın 11 dək internet vasitəsilə aparılacaq. Abituriyentlər ekabinet.dim.gov.az internet səhifəsində "Şəxsi kabinet" yaratdıqdan sonra şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə Dövlət İmtahan Mərkəzinin internet səhifəsinə daxil olub, "Abituriyentin elektron ərizəsi" formasını doldurur və ərizəni təsdiq edirlər. 9 illik orta təhsil səviyyəsini bu il bitirən abituriyentlər qəbul imtahanı verməyəcəklər. Onlar müsabiqədə Azərbaycan dili və ya rus dili, riyaziyyat və xarici dil fənlərindən buraxılış imtahanında əldə etdikləri nəticələr əsasında iştirak edəcəklər.