Londondan Məkkəyə piyada yollanan Fərid İstanbula yetişdi…

6700 km-i ayaqla getməkdə məqsədi dünyaya İslamın gözəlliyini, sülh dini olduğunu və sübut etməkdir…

Bəşəriyyətə İslamın sülh dini olduğunu sübut etmək istəyən 40 yaşlı Böyük Britaniya vətəndaşı Fərid Feyadi minlərlə kilometr məsafəni qət edərək Londondan Məkkəyə piyada getməyə qərar verib.
“Anadolu” agentliyinin ingiliscə nəşrinə verdiyi xəbərdə deyilir ki, Mançester sakini, dizayner və ixtiraçı Fayedi gənc nəsli ruhlandırmaq və müsəlman dininin gözəlliyini nümayiş etdirmək məqsədilə "Sülh naminə gəzinti" layihəsini başladıb. Əvvəlcə Həcc ziyarətinə velosipedlə getmək istəyib, amma sonradan piyada yollanmaq qərarına gəlib.

“3 noyabr 2019-cu ildə yola çıxdım. Heç vaxt belə bir səfərim olmamışdı; təyyarə ilə səyahət etmişəm, yaxşı otellər sifariş etmişəm və heç düşünməmişdim ki, belə bir şeyə qərar verə bilərəm"-deyir britaniyalı müsəlman.

“İstanbula qədər 4 min km qət etdim. Bunun üçün çox çalışdım» -deyən Fərid bundan sonra cəmi 2700 km məsafəni qət etməli olduğunu söyləyib.

Türkiyədən sonra mançesterli zəvvar hərbi əməliyyatların davam etdiyi Suriya və İraqdan yan keçmək üçün İordaniyaya təyyarə ilə uçmalı olacaq.

“İordaniyadan Səudiyyə Ərəbistanına piyada səyahətimi davam etdirəcəm. İyul ayında Müqəddəs Məkkəyə qovuşacağıma ümid edirəm” – deyə fədakar müsəlman inamla bildirib.