“SURİ” şotakan karate klubunun növbəti nəticələri

“Suri” şotakan karate klubunun idmançıları 2 medal qazandılar.

5-8 Mart tarixlərində Boks İdman Mərkəzində 11-ci "Baku Open" Beynəlxalq Karate Turniri keçirildi.
Bu dəfə yarışa “SURİ” şotakan karate klubunun 5 idmançısı qatıldı və klubun idmançıları iki medal qazandı:

1. Əlirzayeva Zeynəb- Qızıl medal

2. Əlirzayeva Ayişə- Bürünc medal
Bizdə “İctimaixeber.com” informasiya portalı olaraq “SURİ” karate klubunun direktoru, Milli Karate Federasiyasının Sumqayıt şəhəri SKF beynəlxalq şotokan bölməsinin rəhbəri Mehman Əlirzayevə və onun qalıb idmançılarını təbrik edirik və onlara bol-bol qalibiyyət arzu edirik!

Yeganə Telmanqızı
“İctimaixeber.com”

“SURİ” şotakan karate klubunun növbəti nəticələri
“SURİ” şotakan karate klubunun növbəti nəticələri
“SURİ” şotakan karate klubunun növbəti nəticələri
“SURİ” şotakan karate klubunun növbəti nəticələri