Bu şəhərlər arasında gediş-gəliş sərbəst olacaq - RƏSMİ AÇIQLAMA

“Sumqayıt, Abşeron və Bakı daxilində sərnişinlərin gediş-gəlişi sərbəst olacaq”.

İctimaixeber.com xəbər verir ki, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında qurumun Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

O qeyd edib ki, bölgələrdə olan Bakı qeydiyyatlı vətəndaşların da Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonuna gəlmələrinə icazə veriləcək.