Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil Əkbər Yusifoğlunun təqdimatında "Qanun və İcra" verlişi

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Respublikamızın tanınmış vəkili Əkbər Yusifoğlunun təqdimatında "Qanun və İcra" verlışıni 28 mart tarixində həftənin şənbə günü saat 14:30-da canlı yayımda, verlişin təkrarı isə bazar günü saat 14:30-da "Dünya TV"-nin efirində nümayiş etdiriləcək.

Bu dəfə "Qanun və İcra" verlışındə dünyanı ağuşuna almış “COVİD-19” virusu ilə mübarizə tədbirləri ilə əlaqədar olaraq, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 138-ci “Qanunsuz olaraq biotibbi tədqiqatlar aparma və ya qadağan edilmiş diaqnostika və müalicə üsullarını, dərman vasitələrini tətbiq etmə”, 139-cu “Zöhrəvi xəstəlikləri yayma” və 140-cı “İnsan immunçatışmazlığı virusu ilə yoluxdurma”, habelə keçən həftə – 17 mart 2020-ci il tarixli qanunla Cinayət Məcəlləsinə əlavə edilmiş yeni məzmunlu 139-1-ci “Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması” maddələrinin təhlili aparılacaq, habelə bu mövzuda tamaşaçılarımızın sualları cavablandırılacaqdır.
Tamaşaçılarımızı hüquqi məsələlərdə maarifləndirmək və onların verlişə ünvanladıqları sualları cavablandırmaq üçün verlişimizə qonaqlar dəvət etmişik:


1. Ramin Qasımov – Rusiya Federasiyasının siyasi xadimi.

2. Şahin Məmmədov – Tanınmış hüquqşünas – ekspert.

3. Qələndər Muxtarlı – Tarixçi.


Yeganə Telmanqızı
“İctimaixeber.com”