Bu şəhərdə karantin rejimində gəzmək üçün heyvan kostyumu geyinirlər

Ukraynanın Odessa şəhərində sakinlər karantin rejimi vaxtı gəzmək üçün heyvan kostyumu geyinirlər.

Bu barədə “Seqodnya” xəbər yayıb.

Qeyd edək ki, martın 12-dən etibarən koronavirus epidemiyası ilə əlaqədar ölkədə ümummilli karantin elan edilib.

“Odessa sakinləri heyvan gəzdirməyə də izn verilən ümummilli karantin tələblərinə özlərinəməxsus yumorla yanaşıblar. İnternetdə nağıl qəhrəmanlarının geyimində gəzən insanlar barədə videolar yayılıb”, - deyə nəşr bildirib.