Uşaqlar bizim gələcəyimizdir- FOTO\VİDEO

Bu gün “Ümüd Xeyriyyə Fondu” Ramana qəsəbəsində fəaliyyət göstərən “Nur” uşaq evinin qonağı oldu.

Ümummilli Liderimiz Heydər Əliyevin uşaqlar haqqında söylədiyi gözəl kəlamlarından biridə bu idi: Uşaqlar bizim gələcəyimizdir. Gələcəyimizi nə cür tərbiyə edəcəyiksə, böyüdəcəyiksə, ölkəmizin, millətimizin, dövlətimizin gələcəyi bundan asılı olacaqdır.
Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə“Ümüd Xeyriyyə Fondu” Ramana qəsəbəsində fəaliyyət göstərən “Nur” uşaq evinin qonağı oldu. “Ümüd Xeyriyyə Fondu”nun rəhbəri Raya Məlikova uşaqlar üçün müxtəlif ölcülərdə geyimlər, uşaq oyuncaqları, ərzaq ilə yardım etdi. “ERA” yuyucu vasitələri 2 paket yuyucu vasitələri ilə uşaq evinə yardım etdi. Bu nəcib təşəbbüsə dəstək verən iş adamı Rafiq Xəlil “Nur” uşaq evinə ərzaq yardımı etdi.
Nəzərinizə çatdıraq ki, “Nur” uşaq evinin 22 sakini var onlar ata, anaları tərəfindən atılan, ata, ana sevgisindən uzaq olan uşaqlardır. Ən böyük uşağ 15 yaşında, ən kiçik uşağ isə 2 yaş 6 aylıqdır. “Nur” uşaq evi 1 ildir fəaliyyət göstərir, uşaq evinin direktoru Aynur Xudiyevadır.


“Ümüd Xeyriyyə Fondu”nun rəhbəri Raya xanım “İctimaixeber.com” informasiya portalına verdiyi müsahibəsində bunları bildirdi:

- Bu gün 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür. Bu bayram münasibəti ilə gələcəyimiz olan uşaqları ürəkdən təbrik edirəm. Onlara xoşbəxt, sağlam gələcək arzulayıram. “Ümüd Xeyriyyə Fondu”fəaliyyətə başladığı dövrdən bu günə qədər atılmış, aztəminatlı ailələrdə böyüyən uşaqlara, əlil uşaqlara qaygı ilə yanaşır. Onlara fond olaraq müəyyən məsələlərdə köməkliyini əsirgəmir.Uşaqlar cəmiyyətimizin sabahıdır. Onların qayğısız böyüməsi üçün hər birimiz əlimizdən gələni əsirgəməməliyik.

Yeganə Telmanqızı
“İctimaixeber.com”


Uşaqlar bizim gələcəyimizdir- FOTOVİDEO
Uşaqlar bizim gələcəyimizdir- FOTOVİDEO
Uşaqlar bizim gələcəyimizdir- FOTOVİDEO
Uşaqlar bizim gələcəyimizdir- FOTOVİDEO
Uşaqlar bizim gələcəyimizdir- FOTOVİDEO
Uşaqlar bizim gələcəyimizdir- FOTOVİDEO
Uşaqlar bizim gələcəyimizdir- FOTOVİDEO
Uşaqlar bizim gələcəyimizdir- FOTOVİDEO
Uşaqlar bizim gələcəyimizdir- FOTOVİDEO

Uşaqlar bizim gələcəyimizdir- FOTOVİDEO