Əbülfəs Qarayevin işlədiyi dövr yoxlanılır

Mədəniyyət Nazirliyində yoxlama aparılır.

İctimaixeber.com xəbər verir ki, Hesablama Palatası sabiq nazir Əbülfəs Qarayevin işlədiyi dövrü təftiş edir.

Nəzərinizə çatdıraq ki, DTX-nin Mədəniyyət Nazirliyində apardığı əməliyyat tədbirləri nəticəsində nazir müavini və idarə rəisləri rüşvət alarkən həbs olunublar.

Qeyd edək ki, bir il bundan öncə Hesablama Palatası Nazirlikdə yoxlama aparıb.