POLİS XALQIMIZA, MÜSTƏQİL AZƏRBAYCAN DÖVLƏTİNƏ, ONUN HƏR BİR VƏTƏNDAŞINA XİDMƏT EDİR.

Bu gün Azərbaycanda "Polis günü"dür

Müstəqil dövlətimizin ən mühüm atributlarından, əsas sütunlarından olan Azərbaycan polisinin 102 yaşı tamam olur.
Azərbaycanın ilk polis bölüyü 1918-ci il iyulun 2-də Azərbaycan Xalq Cümhuriyyəti dövründə cinayətkarlıqla mübarizə aparmaq və ictimai təhlükəsizliyi təmin etmək məqsədilə yaradılıb.
Azərbaycan polisinin fəaliyyəti taximizin xanlıqlar dövründə görünməyə başlayıb.Həmin vaxtlar xanlıqlarda xüsusi səlahiyyətlərlə fəaliyyət göstərən darğalar müəyyən polismeyster idarələri;-Bakı Şəhər upravasının polisi;-Bakı xüsusi Vergi polisi;-xəfiyyə polisi;-Gəncə, Zəngəzur, Şuşa, Cavad və.s qəzaların polis idarələri.1920-ci ilin aprelində bolşevik Rusiyası ölkəmizi işğal edir və Azərbaycanda sovet hakimiyyəti qurulur. Sovet Azərbaycanının ilk daxili işlər naziri Həmid Sultanov təyin edilir.
Pristavları komissarlar əvəzləyir, polisin adı dəyişdirilərək milis adlandırılır. Azərbaycanın ilk polis bölüyü 1918-ci il iyulun 2-də Xalq Cümhuriyyəti dövründə yaradılıb. Məqsəd cinayətkarlıqla mübarizə aparmaq və ictimai təhlükəsizliyi təmin etmək olub. 1998-ci ildən isə iyulun 2-si prezident Heydər Əliyevin fərmanı ilə Azərbaycan daxili işlər orqanları əməkdaşlarının peşə bayramı günü kimi qeyd olunur.
"Polis günü" münasibətilə bütün polisləri təbrik edir, dövlətimizin və millətimiz üçün önəmli işlərində nailiyyətlər arzu edirik!