İstanbul-Bakı-İstanbul uçuşları bərpa olunub - Türk Hava Yolları:

Türk Hava Yolları iyul ayında təxirə salınan uçuşlar haqqında məlumat yayıb.

İctimaixeber.com xəbər verir ki, şirkətdən verilən məlumata görə, iyul ayının çərşənbə və cümə günlərində icra edilməsi planlanan və bu gün ləğv olunan İstanbul - Bakı - İstanbul uçuşları bərpa olunub. Bilet almış bütün sərnişinlər öz qaydasında ölkələrinə qayıda biləcəklər.
Yaranmış olan bu narahatlıq səbəbi ilə Türk Hava Yolları sərnişinlərdən üzrxahlıq edir.