Mehriban Əliyevanın göstərişi ilə daha bir şəhid ailəsinin mənzil problemi həll olundu

Bu gün şəhid Nurid Abdullayevin ailəsinin mənzil problemi ölkənin Birinci vitse-prezidenti Mehriban Əliyevanın diqqəti sayəsində həll olunub.

Bu barədə “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi sosial media hesabında məlumat paylaşıb.
Məlumatda bildirilir ki, 2018-ci il aprelin 4-də cəbhənin Ağdam istiqamətində şəhid olan baş leytenant Nurid Abdullayevin ailəsinin yaşadığı mənzil ipoteka ilə alındığından ailə ödənişi etməkdə çətinlik çəkirdi. Sözügedən təşkilata müraciət edən şəhidin həyat yoldaşı Vəfa xanım, himayəsində iki azyaşlı sağlıq problemləri olan övladının olduğunu və ipoteka ödənişini ödəməyə imkanı çatmadığını bildirib.
Təşkilat tərəfindən ailənin mənzil problemi ilə bağlı Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya müraciət edilib. Müraciət tez bir zamanda cavablandırılaraq ailənin hazırda yaşadığı mənzilin ipoteka borcu ödənilib, eyni zamanda şəhid övladlarının müalicəsi Heydər Əliyev Fondunun nəzarətinə götürülüb.