"Övladını itirən bir ana üçün hər gün ilk gündür; bu iztirab qocalmaz"

Bir ana tanıyıram...

Övladını yeni itirmiş ana danışdı onun danışıqlarını qələmə alaraq sizə çatdırıram…
Bir ana tanıyıram – əsrə bələdçilik edir. Və bu illəri, özü demişkən hədər yerə keçirməyib. İki oğul övladı böyüdüb, 5 nəvəsi, 4 nəticəsi var.
Hər biri öyünməyə, fəxr etməyə layiqdir. Çətinliklədə yaşasalar lap uşaqlıqdan halal yaşamağı öyrəniblər, acizlik göstərməyiblər. İşin çətininə-asanına baxmayıblar.
Bir tikə çörək üçün hər cür zəhmətə qatlaşıblar. Ataları Qəhbər kişi dünyasını dəyişəndə Məlahət xanıma sonuncu dəfə demişdi ki, iki övladımı sənə əmanət qoyub qoyub gedirəm, bilirəm, çətin olacaq. Onları böyütmək, ərsəyə gətirmək, yurd-yuva sahibi etmək o qədər də asan deyil. Amma övladları ilə əl-ələ verərək çətin günləri sovuşdurmaq… Məlahət ana danışdıqca ötən günləri xatırlyanda kövrəlir:
- Övlad böyütmək çətindir. İki oğul övladı böyütdüm. Nə qədər çətin olsa da bir kimsəyə ağız açmadım, minnət götürmədim. Hər gün əziyyətə qatlaşaraq çalışdım. Uşaqların ehtiyaclarını ödəmək üçün hər cür zəhmətə qatlaşırdım. Heç zaman işin çətinliyindən qorxmamışam. Son illərdə övladlarım da köməyimə çatıb.
Ana laylası ilə qana, cana hopur. Ana laylası, ana mahnısı… Dünyada ən ülvi, ən nəcib səs. Bu səsdə daxili təlaş, övlad taleyi üçün narahatlıq, nigarançılıq var. Artıq üç gündür Mələhət ana böyük övladı Hikməti itirib, uzun sürən xəstəlikdən sonar 57 yaşında böyük oğlu haqqı dünyasına qovuşub. Onun yoxluğu ana dözmür, onun qoxusu hələdə ananın burnundadı, hər dəqiqə elə bilki övladı gələcək kimi hissi ilə yaşayır… Ağbircək ana danışdıqca göz yaşları damla-damla süzülüb yanağından axırda, ana kövrəklikliyi, ana məhəbbəti bu heç nəylə əvəzolunmaz bir nemətdir….
Yaxşı deyiblər ki, qadın ürəyi kəpənək qanadı qədər həssas, kövrək olur. Anaların, qadınların səsi dünyanın ən kövrək mahnısıdır, bu mahnı bu gün Məlahət anada ah- nalə ilə əvəz olunub. "Övladını itirən bir ana üçün hər gün ilk gündür; bu iztirab qocalmaz". Allah səbr versin…

Qələmə aldı
Yeganə Telmanqızı