Coronovirusdan özümüzü və yaxınlarımızı qoruyaq

Güloğlan Cabbarov - Əgər bu virusdan qorunmaq üçün elan olunmuş qadağalara ciddi əməl etsək sərt karantin rejimi və ümumilikdə bu bəladan xilas ola bilərik.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müdrikliyi və uzaq görənliyi sayəsində yenicə yayılmağa başlayan prosesə çevik reaksiya verilməsi, qabaqlayıcı tədbirlərlə bağlı qərarların zamanında və kifayət qədər olması baş verə biləcək təhlükələrin qarşısının alınmasında mühüm rol oynadı.
Birinci vitse-prezident koronavirus infeksiyası ilə bağlı xalqımıza müraciət etmişdir. Müraciətində deyilir: “Ölkəmizdə bütün qüvvələr hadisələrin ən pis yöndə inkişafının qarşısının alınmasına səfərbər olunub. Bütün dövlət strukturları mobilizasiya olunub və birgə fəaliyyət göstərir. Biz ilk gündən Ümumdünya Səhiyyə Təşkilatı ilə sıx əməkdaşlıq edir və bu qurumun tövsiyələrinə çox ciddi yanaşırıq. Epidemiyanın sürətlə yayılması, onun pandemiyaya çevrilməsi bu xəstəliklə mübarizədə vahid strategiya və taktikanın hazırlanmasını çətinləşdirir. Virusun və xəstəliyin tədqiqatı onlara qarşı mübarizə ilə eyni vaxtda aparılır. Buna görə də bir çox tövsiyələr situativ xarakter daşıyır və məlumat bazası genişləndikcə dəyişir. Aydın olan odur ki, təhlükəsizlik tədbirlərinə ciddi riayət edilməsi, şəxsi məsuliyyət və intizamlılıq özünüzü və ətrafınızdakıları qorumağın əsas şərtləridir. Koronavirus epidemiyası ilə mübarizədə Azərbaycan dövləti ilə sıx əməkdaşlığa görə ümumdünya Səhiyyə Təşkilatına minnətdarlığımı bildirirəm. Koronavirus pandemiyası ilə bağlı ciddi mərhələdəyik. Yoluxmalarla bağlı statistika heç də ürək açan səviyyədə deyil. Bu problemin qarşısını almaq üçün hökumət öhdəsinə düşən bütün lazimi işləri görür. Yegənə məsələ biz vətəndaşların məsələyə biganə qalmamağımızdır. Əgər kimsə özündə yüksək tempratur və bu xəstəliyin simptromlarını görür və hiss edirsə xahiş edirik ki, dərhal təcili tibbi yardıma müraciət etsin. Utanmaq, bunu gizlətmək olmaz! Bilin ki, sizin atacağınız müsbət addım təkcə sizin deyil ailə üzvlərinizin də təhlükəsizliyi üçün vacibdir!
Əgər bu virusdan qorunmaq üçün elan olunmuş qadağalara ciddi əməl etsək sərt karantin rejimi və ümumilikdə bu bəladan xilas ola bilərik. Bunun üçün qoruyucu maskalardan istifadə, sosial məsafə və spirtdən istifadə şərtdir. Hər birinizdən bu məsələdə aktiv olmağı, çevrənizi də məlumatlandırmağı xahiş edirəm.


Güloğlan Cabbarov
Dünya çempionu

Coronovirusdan özümüzü və yaxınlarımızı qoruyaq
Coronovirusdan özümüzü və yaxınlarımızı qoruyaq