Şəhidlik Zirvəsində olanlar əbədi yaşardılar! - FOTO

Şəhid Emil Məmmədəliyev yaşasaydı bu gün 49 yaşı tamam olurdu.

Sumqayıt şəhər Şəhidlər Xiyabanında dəfn olunan Emil Məmmədəliyevin ailə üzvüləri, yaxınları bu gün onu anır.
Emil Oruc oğlu Məmmədəliyev 1971-ci ildə iyulun 29-da Sumqayıt şəhərində ziyalı ailəsində anadan olmusdur. 1978-ci ildə Sumqayıt şəhər 14 saylı tam orta məktəbin birinci sinifinə daxil olur. Məktəb illərində olduqca səliqəli, sakit təbiətli, vətənpərvər, dərs əlaçısı olan Emil məktəbin nümunəvi şagirdlərindən biri idi.
Emilin hərbiçi olmaq arzusu onu 1985-ci ildə Cəmşid Naxçıvanski adına hərbi liseyə gətirib çıxarır. Sonra təhsilini Moskva Ali Hərbi Məktəbinində davam etdirir və 1992-ci ildə buranı bitirir. Ali Hərbi Məktəbi leytenant rütbəsində bitirir və bitirən kimi vətəninə dönür. Vətən dardadı deyib könüllü Milli Orduya yazılır.
1 oktyabr 1992-ci il... Laçın rayonu Mazutlu kəndində gedən döyüşlərdə mühasirəyə düşərək şəhidlik zirvəsinə ucaldı. Emil Məmmədəliyev Sumqayıt şəhər Şəhidlər Xiyabanında dəfn olunub.

Anası Şəfiqə xanım oğlundan danışdıqca gözünün yaşı sel kimi axırdı. Çox çətin idi ona bu gün Emil balası haqqında danışmaq:

- Ailədə 3 övladımın olmağıma baxmayaraq tək oğlum Emil gözümün nuru idi. Mənim ağıllı, tərbiyəli, ürəyiaçıq, vətənini sevən gözəl balam. Heç unutmaram Moskvada təhsil aldığı illərdə hər il yay tətilini evə gəlirdi, ona verilən tələbə təqaüdünündən az-az yığaraq ailə üzvülərinə hədiyyələr alardı, hər şeyə olduqca həssas və diqqətçil idi. Qızım Emillə bir-birimizə çox bağlı idik, həm dostum idi, həm oğlum idi. Hərbiçi olmaq arzu onun uşaqlıq və mənim ana kimi arzum idi. Həmişə deyərdi ki, “ana sən mənimlə hər zaman fəxr edəcəksən. Mən gələcəyin böyük hərbicisi olacam, general rütbəsinə kimi gəlib çıxacam”. Heç zaman inanmazdım ki oğlum cəmi ömrünün 21 baharını yaşayacaq. Hər zaman elə bilirdim ki, onsuz yaşaya bilmərəm, amma cətin olsada yaşaya bildim. Vətən sağ olsun!
Bizdə Şəfiqə ana sizin əllərinizdən öpürük ki, Emil kimi vətənini sevən övlad böytdüz. Vətənimiz, torpaqlarımız, xalqımız, dövlətimiz uğrunda şəhidlik zirvəsinə uçalan bütün şəhidlərimizlə fəxr edirik. Onların hər biri bizim bütün xalqın övladlarıdır.
Yeni yaşın mübarək. Nur içində yatasan zabit şəhid qardaşım!

Qəhrəmanlarımızı unutmayaq ki, unudulmayaq!

Yeganə Telmanqızı
“İctimaixeber.com”