Laçın qaşında

İlyas Allahverdiyev tərəfindən 1992-93- illərdə yazılmış "Qarabağ " poeması müəllifin 2005- cı ildə “Laçın qaşında “ qəzəllər kitabında çap olunmuşdur.
Kitabın redaktoru olaraq oğlu şair-publisist Rauf İlyasoğlu tərəfindən 2020- cı ildə poema yenidən işlənmiş və əlavələr edilərək təkrar nəşr olunmuşdur. Sayıtımızın əziz və dəyərli oxucuları sizlərə kitabda dərc olunan bir neçə poemanı təqdim edirik.


Mənə sair demə qardaş.

Mənə şair demə qardaş ,
Vahid ruhu məni qınar.
Mənə şair demə, qardaş ,
Ürəyim od tutub yanar.

Cavid, Müşviq vətənində ,
Söz bağının gülü solmaz.
Dinc olmaram bir an mən də ,
Ürəyimə sevinc qonmaz.

Bizi eldən ayırsalar ,
Varlığımı həsrət sanar
Başım üstün kəsdirər sar,
Dərd qəlbimdə çatar qərar,

Bu millətin zilləti çox ,
Ürəyinin həsrəti çox,
Dərd qəlbinə sancılan ox,
Sevinci od tutub ağlar.

Həsrət qaldı dağlarına ,
Rauf , solan bağlarına,
Qovuşmasan çağlarına,
Səni vətən çətin anar,
Səni vətən çətin anar.


Rauf İlyasoğlu .


İlyas Qəmgin Allahverdiyev

QARABAĞ

Poema müstəqillik aktına ilk imza atanazadlıq mücadililərindən biri , millət vəkili , şəhid
Eldar Bağırov adına 845 saylı batalyonun əfsanəvi komandiri , Azərbaycanın Milli Qəhrəmanı, şəhid Allahverdi Bağırovun əziz xatirəsinə həsr olunub:


Allahverdi Ağdama,
Arxa idi Ağdama ,
Siz Allah bəd xəbəri ,
Yetirməyin Ağdama.

Qarabağda əsərkən acı ruzigar ,
Dedilər tarixdi, olunur təkrar.
Ötən bu illərdə baş verib nələr,
Nə qədər igidlər,nə qədər ərlər.
Yerlə yeksan olub neçə şəhərlər,
Necə min qəsəbə ,neçə min kəndlər.
...Üz tutdu o , ulu göylərə sarı,
Göy üzündə dolan , boşalan bulud .
Dedi : Ulu tanrı, yaradan sənsən,
Dünyanı bərqərar edən hakimsən.
Rəbbim yaratdığı igid bəndələr,
Yazıram yadigar qalsın gün gələr.
Vətən torpağını yadına salar ,
Şəhidlər əbədi tarixdə qalar.
Bir yandan boşalan, bir yandan dolan ,
Gördüyüm gerçəkdir, yazmaram yalan.
İndi siz dinləyin Allahverdini ,
Düşmənlər aşıblar yaman həddini .
Qarabağ köyündə bir təlatüm var,
Əsir hər tərəfdən acı ruzigar.
Dünyada sülh olsun, bir də ədalət.
Yurdumu zəbt edən düşməndir ,əlbət .
Yüz illərdi davam edir bu hiylə,
Danışır Kremlin fıtvası ilə .
Bir vaxt yazıq deyə yer, yurd verdiyim,
Qudurmuş erməni edir bildiyin.

Millət gərək bir olub ,
Qıra ehkam zəncirin.
Qoruya öz yurdunu ,
Kəsə düşmən kəndirin...

Dostlarıyla birgə
döyüşə getdi ,
Neçə igidlərin ömürü bitdi .
Bu Hacı, Füzuli, o da Məzahir,
O igid Gəncəli ,laçınlı Nadir.
" Vuska" ləqəbiylə Bakılı Namiq ,
Şelli Xosrov, Müxtar, Nizami həkim,
Belə oğulları tanısın hər kim .
Alı itirdikcə döyüşçü dostun,
Bu gün almalıyıq Dəhrazın postun.
Sirdaşıydı hər döyüşdə Rövşənlə ,
Postda gözləyirdi oğlu Elsənlə.
Baratla , Yunislə dağ Allahverdi ,
Yurdu qoruyurdu Rəhman, Haqverdi .
Araz, Tapdıq, Bəylər qorxmaz, mərd igid ,
Elman, Şelli Xosu məğrur mərd cigid.
Əli, Əhməd ,Seymur, postda qaldınız,
İndi qalmısınız, bəlkə də yalqız .
Sənsiz yarımcandi dostlar, tanışlar,
Çoxu şəhid oldu, o zövqüdaşlar.
Bilirəm, döyüşdə çoxdu həmdəmin,
Meydanda çapacaq hələ səməndin.
Ey Tanrı, kömək ol öz hümnətinlə ,
Yol göstər bizə öz mərhəmətinlə .
Olarmı qəzadan boyun qaçırmaq?
Batalyon düşməndən qisas alacaq .
Bənd- bərəni dərhal kəsdi əsgərlər ,
Yağılara zərbə vurdu igidlər .



Qərargahda yığıncaq :

Mərkəzi qərərgah peşə məktəbi,
İgidlər içində vardı məktəbli .
Tanrının bir adı o da ki, Əhməd,
Üz tutub tanrıya Allahı mədət.
Şəhərin hər yanı ali ixtiyar,
Çox sakit axırdı dağ çayı Qarqar.
Nə çoxdu igidlər sahib, ixtiyar,
Onlar idi məğrur, qorxmaz, bəxtiyar.
Dağlardan atılan ilk mərmi səsi,
Kimə agah deyil yağı hiyləsi?
...Fikrə qərq olmuşdu doğma ellərim,
Yadındamı o bəxtəvər illərim?
Bir vaxtlar biz birgə meyvə dərmişik,
Birgə süfrə açıb, çörək kəsmişik.
Miz üstə düzərdik çiçək, gülləri,
Yadından çıxartdın ötən illəri?

...Bəli məktəb hərbi qərərgah oldu,
İnsan axın- axın boşaldı, doldu.
Nəzərlər dolandı Alıya1 sarı,
Alı bir an baxdı dağlara sarı.
- Yağıları qırıb sərərik yerə,
Deyin neçə dəfə , azı min kərə.
Bizi qorxutmasın bu axan sellər,
Bu gün dəfn olunur o sərvi güllər.
Qisas yerdə qalmaz, əziz qardaşlar,
Qana - qan olacaq bilin, sirdaşlar!
Qanlı döyüş sizə gəlməsin asan,
Ancaq tədbir ilə qalib olarsan.
Sühb tezdən bu xətdən sən çıxa bilsən,
Yağını o yerdə boğa bilərsən.
Çətin işdə gərək edək məşvərət,
Qılıncdan kəskindi düzgün məsləhət.
Tarixdə, düşmənlər çox oynadıb at,
Ağır başa gəlib onlarla həyat.
Fitnə törədiblər yaranan gündən,
Qulağın burmasaq qudurar hərdən .
Zəmanə oynadı keçmiş oyunu,
Döndərək namərdin yaşa, toyunu ...
+++
Bil ki , geci- tezi var,
İgidin adı qalar.
Düşmən məhf olacaq, tarixim as,san qalacaq....
Həyəcan siqnalı çalındı gecə,
Hücuma keçirik, bu zülmət gecə.
Alının yanında sayıq sərvəri,
Nizamla düzülüb şanlı əsgəri.
Komandir bir neçə addım yeridi,
Səhər saat beşdi hazırsız? - dedi:
- Hücum düşmən üstə dağlara hücum,
Haydı igidlərim, irəliyə cum.
O mətin addımla qabaqda gedir,
Əsgərə hər anda nəzarət edir.
Qarqar körpüsünü qoşun keçəndə,
Körpü ayaq altdan sanki qaçırdı .
Tankların,topların atəş yerindən,
Qığılçım, şöləsi, o an saçırdı.
Bir saata Naxçıvanik alındı,
Ağbulaq qaşına bayraq sancıldı.
Dəhrazda , dağ üstə çadır quruldu,
Qarakəndin dərhal bağrı yarıldı.
Necə quldur yuvaları boşaldı,
Dil ağızda şad xəbərlər dolaşdı.
Dağ qaşından Xankəndi görünürdü,
Əl- ayaqda erməni sürünürdü.
Allahverdi sərt çıxışla dilləndi,
Əsgər baxışları ona zilləndi :
Xankəndində vaxtdır, nahar edərik,
Düşmənə son sözü bəyan edərik...
Pircamalda postlar bir an quruldu ,
Baş leytenant Vaqif l komendant oldu.
Əsgərana doğru hücum olacaq,
Düşmənlərin burnu tez ovulacaq.
Hücum qəflətən dayandırıldı,
Hərbi nazir əmri tez çatdırıldı.
Əmri kim veribdi- Rəhim Qazıyev,
Rusun qərarıyla sanki qazı dev.
Bunu eşidəndə mərd Allahverdi,
İrəli deyərək hücum əmri verdi .
Qoşun Əsgərana göndərildi ,
Qarqar çayı ı boyu irəlilədi.
Bölmə Əsgərana hey çata- çatda,
Hərbi nazir uçur vertalyotda .
Nazir tez həyəcan əmrini verdi,
Nə idi görəsən Rəhimin dərdi ?
" Mən ölmüşəm ki, Əsgəran alınsın,
Ora niyə qoşun yola salınsın"
Şuşa getsə başıma güllə çaxaram,
Düşməni aşırdıb , tez də yıxaram.
Belə əmr verənlə dost olmaq olar?
İgid oğulların səbri tez dolar...


Xocalı müsibəti:

Dünyanın gözü kor, qulaqları kar,
Türkün qanını tökdü erməni aşkar.
Baxmırdı qocaya, ya da körpəyə ,
İnsan cəsədiylə alışdı pəyə.
Erməni törədib neçə faciə,
Xocalıda törədibdi işgəncə ,
İyirminci əsr əsl soyqırım,
Baş qatır ATƏT lə hər hansı qurum.
Ağladı görən göz, hər yan bir məzar,
Kremldən başladı bu azar, bezar.
Şeytan yuvasında qoyuldu təməl,
Ərazi iddiası törətdi əngəl.
Döyüş zonasında ucaldı nərə,
Sanki Kurs sarsıldı, töküldü yerə.
Mərhəmət buludu qopardı tufan,
Xocalı qalası , boyandı al- qan.
Silindi Xocalı , hanı türk, ayıl,
Dünya süşdü , qaldı lap hayıl, mayıl.
Ayağa qalx, Şuşa , Qoca, Mikayıl!
Oyan igid Eldar ,yuxudan ayıl.
Laçın, möhkəm dayan, düşmə kəməndə,
Rövşən dözə bilməz bu ağır dərdə.
Meşələr məhf olur, evlər tarimar,
Əriyir dağ kimi o yaşıl bağlar.
Yer üzündən qədim şəhər silindi,
Dünya xəbər tutdu, dəhşət bilindi.
Bir " Səhər " qəzeti çar çəkdi o an,
Soyqırım torənib, oyansın cahan.
Ürək soyumadı, ürək yanmadı,
Baxsa da bu cahan heç oyanmadı.
Yüzlərlə dinc insan yandı, qırıldı,
Günahsız körpələr yarı bölündü
Mərkəz də ,Bakı da məhəl qoymadı,
Talan, qarət edən gözü doymadı.
Vəzifə, ya kürsü üstə didişmə,
Mərkəzdə çarpışma, boş- boş deyişmə.
Allahı çağırdı mərd Allahverdi,
Kişiydi ön xəttə təkcə yeridi.
Sanki qartal təki şığayırdı o,
Düşmən qarşısında bir dağ idi o.
Qanlı soyqırımla alışdı, yandı,
Qarşıda düşməni həmləyə aldı.
Mindən çox girovu azad elədi,
Yaralı körpəyə şəfa dilədi
Ağdam mərkəzində necə izdiham,
Gecə də, gündüz də dolurdu meydan.
Hərə axtarırdı öz balasını ,
Meydanda tuturdu elə yaşını.
Qırmışdı xalqımı erməniylə rus,
Ćörəyim burnundan gələcək di quş.
Xocalı soyqrım, ilahi görən,
Yer üzündə belə gəzmək olarmı
Türkün torpağına hey yerikləyən,
Erməni zülmünə dözmək olarmı?
Məsciddən ucalan o Azan səsi,
Kəsilər düşmənin bir vaxt nəfəsi.
Aman Allah , bu nədir, insan naləsi,
Sanki haray saldı göylərin səsi.
Dönmüşdü körpələr, qocalar, qızlar,
Bu acı nisgildən qəlbimiz sızlar.
Sanki sədalardan uca səs gəldi,
Ya Husyen.
Ağam, vay,
Dədəm vay,
Anam vay ,
Balam vay,
Bu səsin naləsi göyə yüksəldi....


Yalan bəlkə hökm edir

Əfsus ki,yalanlar hələ hökm edir,
Məmurların çoxu nədənn yan keçir?
Lobbilər danışır,ürəkləri buz,
Tarixən yalançı, dilləri duzsuz .
Fürsətkən yallanıb gopa basırlar,
Dar ayaqda səni dildən asarlar.
Yaxınlaşar sənə, düşərkən işi,
Yoxdu bircə sözü düz olan kişi.
Hayem bəhanəylə sənə yan alar,
Yəqin et urusla əlaqəsi var.
Məqam düşsə, səni salar çətinə ,
Qurd , quş qonmaz ,murdarın cəsədinə .
Qoymayın düşməni çıxsın tələdən,
Amandı, fürsəti verməyin əldən.
Qurd nə qədər güclü olsa, zəhimli,
Tülkü ondan bicdi, qat-;qat , rəhimli.
Yaxşını - hamanı köhnə , təzəni,
Erməni gözləmir heç əndazəni .
Dünyada əyri çox,nə çox saxtakar,
Açgöz, qanlar tökən dəli, riyakar.
Xəmiri yoğrulub yalanlar üstə,
Bizlə dostluq edib, düzəldib dəstə.
Bir vaxt qapımızda nökər işlədi,
Sonra bizi qapıb necə dişlədi?
Erməni zatına kim bələd deyil,
Çörək itirənə etmərəm meyil.
Qanqaltək hər yerə səpələnibdi,
İcma halında bir - bir yekələnibdi.
Od yağdırır indi ay anlayan , bil ,
Düşmən tələ qurur, sən də oyan , bil.
Kim hesab istər, yağını qır, qov,
Yurdu qoruyağın, atıblar tilov.
Tanrım, söndür zülmün sən ocağını,
Düşməni məhf edək aç qucağını.
İnanmayan insanların çoxuna ,
Yağı gələr fələklərin oxuna .
Güclü ölkələrdən düşmən güç alır,
Köpək kölgəsində salamat qalır.
Türk dünyası qırar köpəyin dişin,
Gec olar, anlasa çönən vərdişin.
Ey haqqın qəzəbi, hücum çək ona,
Müdhiş bir dev onu çəksin kamına.
Fitnə törədənlər odda yanarlar,
Belə nankor tayfa çətin qanarlar.


Poemanın yazılma səbəbi

Şair uzaq olar yalan sözlərdən,
Rəbbim, xalqımızı qoru bəd gözdən .
Yalan, şər, böhtandan sən uzaq olsan,
Şirin kəlamlarla tez ucalardan.
Bilik aynası da olsa söz təkrar,
Çox təkrar etməyin nə mənası var?
Tarixi dastana verərkən zinət,
O ulu tanrıdan dilədim möhlət.
Rəbbimin dərgahın gəl İlyas, gəzək,
İlahi nəqşiylə vursun bir bəzək.
.....
Cəsur Allahvetdi buna səbəbkar,
Odur qəhrəmanım deyirəm aşkar.
Əziz qardaş, sizdə şir ürəyi var,
Onu el də bilir, tam açıq- aşkar.
Sadiqsən torpağa, sən elə yanan,
Vətənçün hazırsan ,hər zaman, hər an.
Varını sərf etdim vətən yolunda ,
İgidlər sağında, həm də solunda.
Pircamal dağında səngər yaratdın,
Qartal təki zirvələrə ucaldın.
Bir vaxt min doqquz yüz altıncı ildə ,
Ədib Ordubadı yazıb o ildə .
Elə bil o an o Allahverdini,
Düşünürdü əlbət xalqın dərdini,
Soyadı olsa da onun Qubadlı
Doğulub boy atdı o mərd Ağdamlı .
Ağdamlılar yağıya qan uddurdu,
Kafirləri yerindəcə dondurdu.
Erməni - müsəlman davası vaxtı,
Al qana boyandı düşmənin taxtı .
Ağdamlılar bağlı idi vətənə ,
Çörək də verirdi yoldan ötənə .
Tariximi yazdı Ordubadı düz,
Oxuyub anlayaq gecə və gündüz.
Bu əsər bir vaxtlar yasaq edildi,
Yaddaşlarda qalan aşkar bilindi.
Belə bir misal var, gəlin düşünək,
Sözün gəlişini yerində deyək.
İgid oğul bir bayatı söylədi,
Onu xoş məramla hamı dinlədi.
Əzizim Ordubada ,
Gəl gedək Ordubada.
Sərkərdə qoçaq olsa ,
Verməz o , ordu bada...
Görün o Şeyx Şamil gözəl söz deyir,
İnsanlar İmama necə baş əyir.
Ölümün gözünə dik baxan insan,
Sayır şəhidliyi şərəf, şan , inan.
Əsarəti təklif etmək gülüncdür,
Kafir boğazını üzən ülgücdür.
Vətən dağlarının gülü, zinəti,
Bənzərsiz ormanın mərd- mətanəti.
Yalvarıb azadlıq qoparmaq olmaz,
Zorla almalıyıq, ginməz, söyləməz.
İstiqlal uğrunda deyim qulaq as,
Bizdən nəvələrə qalsın qoy miras.
Vətənim hürriyyət, bayraqdarsan sən,
Torpağın uğrunda ucalarsan sən.
Şərəfdir şəhid ol , vətən yolunda,
İtirsən ağrımaz əlin, qolun da .
Cənnətə qovuşmaq , şandı, şöhrətli,
İnsana qalan ad, vardı , dövlətdi.
Daha bəsdir yetər bu qədər şəhid,
Düşməni məhf edək olaq biz şahid:

Dünyada anlar, anlar,
Peyğəmbərlər, imamlar.
Elm cənnət məkandır,
Şəhid olan insanlar.
...Bəşər övladına arxa, dayaqsan.
Əl çatmaz zirvədə uca mayaqsan.
Bayrağın yüksəlir şəhid dağ üstə,
Ay da sığal çəkir, çəmən ,bağ üstə.
Sən özün mətinsən, poladdan üstün,
Düşmən gözlərini kor edir tüstün.
Qaçqınlar çox görüb əzabı, ahı ,
Nə çox mərd igidlər olub pənahı.
Günəş dövr edərkən hər fəsil, hər ay,
Hər an şölə saçsın Qarabağa Ay .
**
Ordumuz güclənir , hamı səfərbər,
Döyüşdə bizimdir qələbə ,zəfər.
Azad olacaqdır o doğma yurdum,
Göstərər gücünü bir zaman ordum.
Yayılar hər yerə xoş xəbər soraq,
Rauf çap etdirər hey varaq- varaq.
Müdrik sözə bir ehtiyac duyanda,
Kor yapamaq paqqıldayar o yanda .
Axar çay görünər neçə də şəffaf,
Əsgərlər yan-;yana düzlənər saf- saf.
Xalqımız heç kəsi nə incitmədi,
Haqqın kürsüsündən uzaq getmədi.
Düşməndi törədən fitnə,fəlakət,
Qalmasın yağıdan əsər, əlamət.
Çox ölkədən kömək aldı, diləndi ,
Fitnə yayıb yurdumu silkələdi.
Necə don geydirər yalana aman!
Günahkarlar cəzalanar bir zaman.
Ey Xızr! Dəryaya yay yalanları,.
Üz tut, Nuh qərq etsin o qalanları.
Erməni yalanı ,yayılan sözlər,
Belə iftiralar küləyə bənzər.
Rusun köməyilə yurdumu tutub,
Köpək kölgəsində nədən oturub.?
**
Bir çoxları qara fikir yaydılar,
Nadürüstlər pulu lay- lay aldılar.
Xalqa yanana israfçı dedilər,
Xalqın pulun müftəxorlar yedilər.
Hərbin o anası Valeh Bərşadlı,
Plan çəkdi.. quraq ordu inadlı.
Ordunun öz oyunu, öz qaydası var,
Plansız davanın nə faydası var?
General nə görsə yaxşıdır,
dəhşət ,
Hərbidə olmayan törətdi vəhşət.
Əsgəri xidmətdə olmayan Rəhim, .
Hərbi nazir oldu , eylədi him, cum.
General söylədi axı sən kimsən?
Dedi : sən Rəhimi heç tanımırsan?
Hərbi işi bilən bir - bir yox oldu,
Nöqsan, qüsur axtaranlar çox oldu.
Küçədən gəncləri tutub təlimsiz,
Çəbhədə qırıldı neçə çəlimsiz.
Silahı atmağı öyrənə əsgər,
Düşüncəsiz qərar kimə sərf edər?
Döyüşən oğullar minaya düşdü,
Sərkərdə ölümü qəlbimi düşdü.
Allahvetdi, Şirin, Elyar ,Mikayıl.
Satqın öz işində, ey dünya ,ayıl!
Rəhimlər ,Ayazlar kimə işləyir,
Çəbhədə kömək yox, əsgər eyləyir.
Elə ki, başladı beləcə oyun,
Dönük sərkərdələr oldu qol- boyun.
Arı atıb, namus satan bakkallar,
"Sapı özümüzdən ,Vətən satanlar"
Ağdamın üstündə gözəl ormanda,
Təslim aktı yazdı yeddi xırmanda.
Saqqallı görəndə üz çöndərdilər,
Çırağı yel ilə tez söndürdülər.
Biri o birindən necə dərs aldı,
Ermənidən necə xoş xəbər saldı.
Dedi: xoş xəbərlə qayıdır yanlar,
Hər yerdə üstünlük hiss etsin onlar.
Qarabağa bir də qaçqın gəlməsin,
Qorbaçov sirridir, bir kəs bilməsin..
Mərkəzə işləyən o ayazıları,
Ardı nazirləri , həm niyazları .
Neçəsi deputat seçildi bir vaxt,
Başladı həm kürsü davası o vaxt.
Dedilər bir rəhbər Tehrana getdi,
Şuşanın, Laçının talehi bitdi.
Bir para adamı xoda saldılar.
Yurdumu zəbt edib, necə aldılar.
Silahsız əsgərlər qaldılar başsız ,
İgid oğullara deməyin qaşdız .
Şəhid verdi düz altı min Ağdamım,
Yandı bağım, dağım, uşaqlıq çağım.
*
Nə qədər bölünsə, güllü Qarabağ,
Bənzərsiz diyardır, çiçək, çəmən, bağ.
Ağdam necə işğal olundu, neçə ?
Kimdən soruşağın, mətləb çox incə.
Sarı iblis hiyləsini yetirdi,
Ara, sıra bir - bir rayonlar getdi.
Təhlükəsiz Şura çıxardı qərar,
Neçə maddə ? Kimdi onu kim arar ?
O yerdə ki, yoxdu qərar icrası,
Xeyr eləməz kağızın bir parçası .
İş ki, qaldı o Minsk qrupla.
On ildir ki, tutulublar qripə.
Dedilər ATƏTdən gəlir yekələr,
İşlər düzələcək düşmən çəkilər.
Nədən gözləyirlər , heç nə düzəlmir,
Düyün düşüb ip də heç çözələnmir.
Neçə dəfə deyin, görüşmək olar?
Neçə dəfə deyin, öpüşmək olar?


Düşüncə:

Ey fələk, bu həngamə , görən nə vaxt bitəcək?
Bu nə zülümdur Tanrı ! Bir çarə elə görək !
Hər gecənin sonunda nurlu səhər açılar,
Hər yoxuşun sonunda bir şərt enişi də var.
Niyə yerin layları titrəyir nədən, neyçün?
Qarabağda bu sövda, yarandı de, nə üçün?
Mərmi qəlpələrindən, yaralı Yer kürrəsi,
Erməni zəncirinin çürüməzmi həlqəsi?
Sökülür parça - parça niyə qədim Qarabağ?
Allahım, hökmünü ver, azad olsun, cənnət, bağ.
Yerdə zülm, çaxnaşma deyin, bəs kimə gərək?
Üzüntülü bu dəhşət nə vaxtadək sürəcək?
Bənzərsiz gözəlliklər gör neçə də məhf olur,
Qarabağın torpağın düşmən göyə sovurur.
Ordum! zəfərlə qalxıb, yurdu azad edəsən .
Özgənin ayağıyla mənzil keçə bilməzsən.
Əsirlikdə inləyən vətən bizi gözləyir,
Gözəllərin gözləri baxın sizi izləyir.
Aldanmayın düşmənin yalan deyən dilinə,
Yazıram tariximi işğalçılar bilinə.
Hara köç ediblərsə, yerə xaç basdırıblar.
Erməniyə yer verən türkləri asdırıblar.

...Yer üzündən tez silin, bir müqəvva saxlayın,
Müzeylərin birində onu möhkəm bağlayın.
Dünya bilsin fitnəkar ermənilər var imiş.
Torpağa yerikləyən belə tayfa kor imiş.
Tarix lənətləyəcək o azğın şeytanları ,
Dünyanı qarışdıran belə sərlatanları.


İlyas Allahverdiyev tərəfindən 1992-93- illərdə yazılmış "Qarabağ " poeması müəllifin
2005- cı ildə " Laçın qaşında , qəzəllər və" kitabında çap olunmuşdur.
Kitabın redaktoru olaraq oğlu Rauf İlyasoğlu tərəfindən 2020- cı ildə poema yenidən işlənmiş və əlavələr edilərək təkrar nəşr olunmuşdur.


Laçın qaşında
Laçın qaşında

Laçın qaşında