“190 manatın 10 manatından istifadə edilsəydi, kartlar bloklanmazdı” - AÇIQLAMA

“190 manat daha çox ehtiyacı olan insanlar üçündür”.

İctimaixeber.com xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Azərbaycan Prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov bildirib.
Ş.Mövsümov qeyd edib ki, vətəndaş 190 manatın 1 manatına belə toxunulmayıbsa, deməli onların bu pula ehtiyacı yoxdur:

"Heç olmasa 190 manatın 10 manatından istifadə edilsəydi, kartlar bloklanmazdı. Ona görə də həmim vəsait ehtiyaclı olan sahələrə, həkimlərin əməkhaqqına yönəldiləcək".