Güloğlan Cabbarov “Facebook” səhifəsində general-mayor Hikmət Həsənov haqqında paylaşım edib

Dünya çempionu, hüquqşünas Güloğlan Cabbarov “Facebook” sosial şəbəkəsindəki rəsmi səhifəsində Aprel döyüşlərinin qəhrəmanı, böyük sərkərdə, general-mayor Hikmət Həsənov haqqında paylaşım edib, paylaşımda deyilir.

Əziz dostlar, əziz Azərbaycan xalqım Azərbaycan Ordusunun Birlik komandiri general-mayor Hikmət Həsənovun dəyərli fikirləri var: "Sadə bir insan dövlətinə xidmət edə bilər. Bir pinəçi belə Vətəninə xidmət edə bilər. Vətənpərvəlik anlayışı fərqli bir anlayışdır, vətənpərvərliyin bir çəkisi, rəngi, eni, boyu, yəni bir ölçü vahidi yoxdur".
general-mayor Hikmət Həsənov Qarabağda savaşdan sonra Çində Xüsusi təyinatlı hərbi akademik kurs bitirib.
2004- cü ildə əsgəri Dilqəmlə birgə Tovuzda erməni postunu ələ keçirib. O döyüşdə Dilqəm şəhid olub və post indi bizdədir və “Şəhid Dilqəm” postu adlanır.
Daha sonra hərbi savadinin zirvəsinə çatan Həsənov Azərbaycanın NATO əsgərlərinə aid birləşmənin komandiri olur. NATO təlimlərində ingiliscə raport verən ilk azərbaycanlı hərbçi olur. NATO-DA Qərargah rəisi işləyir və 2014-cu ildə Naxçıvan qoşununun komandiri təyin edilərək General- mayor rütbəsi alır.
2015-2017- ci illər arası düşmənlə ən çətin cəbhədə birləşmələri idarə edir və nəhayət, aprel döyüşlərində...
Komandirliyi dövründə 2015-2017-ci illərdə düşmənə Ağdam-Tərtər-Goranboy istiqamətində ciddi itkilər verdirmiş, 2016-cı ildə aprel döyüşlərində istiqamət komandiri kimi cəbhənin 3 istiqamətdə: Ağdam-Tərtər-Goranboy cəbhəsindəki döyüşləri idarə etmişdir.
Aprel döyüşlərində rəhbərlik etdiyi döyüşdə ordumuz ilə 2 saat ərzində düşmənin 24 illik Ohanyan müdafiə xəttini yararaq Talış yüksəkliklərinə qalxmış, düşmənin 21 postunu dağıdaraq 7 strateji yüksəkliyi düşməndən təmizləmişdir. general-mayor Hikmət Həsənov ingilis, rus, türk, fars, erməni dillərini mükəmməl bilir.


Qəhrəmanlar dünyaya qəhrəman kimi gəlirlər.

Yeganə Telmanqızı
“İctimaixeber.com”


Güloğlan Cabbarov   “Facebook” səhifəsində general-mayor   Hikmət Həsənov  haqqında paylaşım edib

Güloğlan Cabbarov   “Facebook” səhifəsində general-mayor   Hikmət Həsənov  haqqında paylaşım edib