Analar ölmür, onlar sadəcə əbədi yuxuya gedirlər.

Yeganə Telmanqızı yazır- Dünyada ən uca zirvədir ANA. Analar ölmür, onlar sadəcə əbədi yuxuya gedirlər.

Analar heç zaman əzizlərini, gözü yolda qalan balaları tərk etmirlər... Ana ürəyindən qopan laylalar həyatın ən şirin təranəsidir. Bu təranənin ahəngindəki mənalar min-min arzunun səsidir. Bəlkə də ona görə bəşər var olan gündən ananın ünvanına həmişə xoş sözlər qanadlanıb. Ana o qədər ilahi və müqəddəs varlıqdır ki, vətəni də onun ismi ilə "Ana vətən" adlandırırlar.
Ana haqqı Tanrı haqqıdır! Dünyada ana məhəbbəti qədər müqəddəs, ana sevgisi qədər ülvi bir hiss yoxdur. Ana həyatımızın ən müqəddəs varlığı, ən ülvi canlısıdır.Ana qəlbində sığmayan bir mərdlik, səbir və dözüm vardır. Bu mərdlik və dözümlülük qarşısında, bu ülvi məhəbbət qarşısında biz hamımız baş əyir, səcdə qılırıq. Ana məhəbbəti bir ümmandır.o, övladının xoşbəxtliyi uğrunda bir ömür calışıb, vuruşur.
Ana adı çəkilən kimi hər kəsin ürəyindən xəfif bir həsrət keçir. Yaşından-başından asılı olmayaraq analı günlərinə qayıdırsan. Bəlkə də yeganə xalqıq ki, analarımız dünyaya gətirdiyi övladlarını layla ilə oxşayıb əzizləyib və bir ömür övladlarına BALAM deyeərək sevib, əzizləyir. Hələ dünyanın adiliklərindən belə, xəbəri olmayan dilsiz körpələrin üzünə ilk təbəssümü gətirən də, onları sevindirən də, onlara xoş hisslər yaşadanda anadı. Yer üzünün ilk əsgəri analardır! İlk himni də ana laylasıdı!
Şərəfli tariximizi yazan şəhidlərimizin qəhrəman anaları... Dəyanət mücəssiməsi olan şəhid anaları dünyanın bütün analarından güclü analardı. Əziz şəhid anaları mən bir ana kimi sizin qarşınızda baş əyirəm!
Azərbaycan qadınının, Azərbaycan anasının həyatı bir örnəkdir, nümunədir.
Təəssüf ki, analı günlərin ömrü çox da uzun olmur. Nə vaxtsa ana itkisi qapımızı döyür...
Cənnət sizin ayaqlarınız altındadır. Çünki ora keçən yol, sizin pak ətəklərinizdən keçir, sizin dürüst tərbiyənizdən keçir.
Anasız olmaq çox çətindi Allah həyatda qalan Analara ömür versin, haqq dünyasına qovuşan analarımıza rəhmət eləsin!


Yeganə Telmanqızı
“İctimaixeber.com”