General-mayor Polad Həşimovun əziz xatirəsinə həsr olunmuş açıq turnir keçirildi- FOTOLAR

İctimaixeber.com xəbər verir ki, 30.08 2020-ci il tarixində şəhid general-mayor Polad Həşimovun əziz xatirəsinə həsr olunmuş Kata və Komanda Kata idman növündə klublar arası turnir keçirildi.

Bakı şəhər Gənclər və İdman idarəsi, Milli Karate federasiyası və “Arpacay” karate idman klubunun təşkilatçılığı ilə Bakı şəhəri Xətai rayonu Neapol dairəsi Məzahir Rüstəmov küçəsində yerləşən stadionda açıq havada Kata və Komanda Kata idman növündə klublar arası keçirilən turnirə 100-dən artıq idmançı qatılmışdır.

General-mayor Polad Həşimovun əziz xatirəsinə həsr olunmuş tirnirin təşkilatçısı “Arpacay” karate idman klubunun prezidenti Yavər Hüseynov “İctimaixeber.com”sayıtına öz müsahibəsində bildirdi:

- Yeganə xanım “Arpacay” karate idman klubunun prezidenti olaraq biz hər zaman Qarabağ torpaqları uğrunda şəhidlik zirvəsinə uçalan oğul və qızlarımızın xatirəsini əziz tutaraq möhtəşəm tədbirlər keçiririk. Məqsəd böyüməkdə olan nəsilin Qarabağ torpaqları uğrunda şəhid olan oğul və qızlarımızın xatirəsini daima əziz tutaraq qan tariximizi xatırlatmaqdır.
Bu günki yarışımız Azərbaycan və türk dünyasının fəxri, şəhid general-mayor Polad Həşimovun əziz xatirəsinə həsr olunub. Bu yarışa böyüməkdə olan nəsil sevilə-sevilə qatılıb və general Polad Həşimov onların hər birinin ideal qəhrəmanıdır. Şəhidlər unuduldulca ölürlər biz şəhidlərin xatirəsinə tez-tez belə yarışlar keçirməliyik ki, idman klublarımızda məşq edən idmançılar vətənpərvər ruhda böyüsün, çünki bu günün kiçik idmançısı sabahın əsgərləridir, Biz hər birimiz vətənimiz üçün əsgər yetişdirməliyik.
Dünyanı cənginə alan Covid-19 xəstəliyi bütün dünyada bəla olduğu bir vaxtda bizdə bütün gigiyenik qaydalara riayət edərək Komanda Kata idman növündə olan yarışımızı açıq havada təşkil etdik və bu yarışada bir sıra karate idman klublarının 100-dən artıq idmançıları bu yarışa qatıldılar. Açıq havada şəxsi və komanda Kata turniri, vətənpərvərlik əhval ruhiyyəsində uğurla kecirildi. Hər bir idmançıya yeni-yeni uğurlar arzulayıram.

Açıq turnirdə bir sıra fəxri qonaqlar Qarabağ qaziləri iştirak edirdi. Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin şöbə müdiri Gündüz Vəliyev, Əfqanıstan və Qarabağ döyüşlərinin iştirakçısı Qarabağ qazisi Mirzahid Hacıyev, Bayraq ordeni ilə təltif olunan Qarabağ qazisi Asif Rəsulov, 2-ci qrup Qarabağ əlili Ruslan Rüstəmov, Qarabağ İB-nin sədr müavini 2-ci qrup Qarabağ əlili Akif Atakişiyev, ehtiyatda olan zabit, Qarabağ qazisi İslam Əzimov.
Yarışın təşkilatçısı “Arpacay” karate idman klubunun prezidenti Yavər Hüseynov, yarışın baş hakimi Mais Mətədov idi, yarışı 7 hakim idarə edirdi.
Sonda Əfqanistan və Qarabağ döyüşlərinin iştirakçısı, Əfqanistan Veteranları İctimai Birliyi Ağstafa üzrə nümayəndəsi qazi Mirzahid Hacıyev yarışın təşkilatçılarını Fəxri Fərman və xüsusi medalla təltif etdi.
I-II-III yerləri tutan qalib idmançılar Diplom və medalla mükafatlandırıldı.

Yeganə Telmanqızı
“İctimaixeber.com”