Aytən Ələkbərova- Daxili mülayim görnüşcə bizi incidən baxışlar.

Psixaloq Aytən Ələkbərovanın estetik əməliyyatlarla bağlı maraqlı fikirləri

Biz hər kəsə empatik yanaşırıq. Mürəkkəb və dəyişən mühüt tarix boyunca tarixə uyğun dəyişikliklər özünü zaman-zaman uyğunlaşdırmışdı. XXI-əsrin əvvələrindən sənaye suverinliyindədə, iqtisadi suverenliyindədə, tibb suverenliydədə, təhsil suverenliydədə müəyyən edən inistutlaşmış mexanizmlərdədə baş verən dəyişimlərdə ən azı digər dəyişiklər kimi əhəmiyyət daşıyır.
Bəli bu gün söz açacağımız mövzumuz isə “Estetik əməliyyatlardan, Bədən şəkilləmələrdən” dir.
Öncə başlamaq isdəyirəm burun əməliyyatlardan. Çünki, burun əməliyyatlarında artıq insanların tibbi nöqteyi nəzərində göstərişi olan əməliyyatlardan başladı və bunun içərisində estetikdə özünün yerini tutmağa başladı. Daha sonra təssüflər olsun ki, insanların kuklalaşmış bir görkəmləri və bir-birinə bənzəməsi...Hər birimiz bilirik ki, fizio diaqnostikada insanın qaş, burun, dodaq quruluşlarında, göz rənginə görə xüsusiyyətləri müəyyən olunur. Bir halda bu gün təbii ki, sunniləşmüş görkəmdə olan insanlara ilk baxışda fikirini dəqiq bildirməyəndə kənardan heç də peşəsini bilməyən bir mütəxəsis kimi görsənilir. Amma bu belə deyil...
Bizim elmimizdə müxtəlif bədən dilləri varki bunlarla artıq xarakter müəyyən oluna bilir. Elə edək ki, bu dəyişimlərin içərisidə bir balaca mülayımliyimizi itirməyək. Sovetler birliyində bir cizgi filimi var idi “Buz kralica”. Buz kralica nə qədər gözəl bir xanım olsa kənardan onun baxışı, qaşlarının çatılması, burnunun dik tutlması o insanı günü-gündən obrazı bir azda qəddarlaşdırır.
Bu gün cəmiyyətdə mülayım görsənən qadınların, xaraktercə, obrazla analıq siması olan bir qadının hətdda övladı belə ona əməliyyatdan sonra taniya bilməyərək baxıb ağlayan övladların şahidi oluruq.
Bədən şəkilləmələrdə insanın qorxaraq oturması, müəyyən əzaların dikləşməsi, sanki Niva markalı bir maşındır. Yenə Niva markalı maşınları Dövlət Yol polisləri qayğısına qalaraq cərimə meydançalarına aparılır və sahibini konstruksiya dəyişikliyi görə cərimə edirlər və düşünürlər ki ağıllı kamilli insanlar bu dəyişikliyi tezliklə aradan qaldırılacaq və növbəti dəfə cərimə olunmayaraq o pulu ailəsinə, evinin, övladının çatışmayanlarına xərcləyəcək.
Təssüflə demək lazımdır ki, bu gün ailə dağılmaları var ki, evdəki, söz söhbət bu şəkilləndirmələr üstündədi. Bəy xanıma pul vermir və sonda ailənin dağılmasına gətirib çıxarır. Evdə böyük söz-söhbətlər yaranır və həyat yoldaşı deyirki sən mənə belə xoşsan. Buna baxmayaraq vücudundan narazı qalan xanım bunu əsas gətirərək ailəsinin dağılmasına, hətdda övladlarının anasız böyüməsinə haqqındda sabah yayılacaq şayələrə qədər gətib çıxarır. Burda artıq insanın təfəkkürü önə çıxaraq müxtəlif problemlər yarada bilir. Təbii ki biz bu gün hər bir insana əməliyyat edənədə, etmiyənədə empatik yanaşıraq onlara özləri kimi yanaşırıq. Amma bu təkcə psixaloqların düşüncəsində deyil burda eyni zamanda cəmiyyət olaraq formalaşan oxşarlıqlar və yaranacaq problemlərdən gedir söhbət, hansı ki, bu problemlər bir başa onların səhətinə təsir göstərir. Uğursuz və ölümlə nəticələnən əməliyyatların sayı yetərin qədərdir. Yəni bu halda biz öncə qeyri-peşəkarlar yox peşəkara müraciət etməliyik. Qeyri-peşəkarlar var ki, öz ölkəsində tanınmayıbdı bu gün bizim ölkəmizdə ulduz olaraq gözəl xanımlarımızın ölümünə səbəb olurlar. Bu işi bacaran yetərincə mütəxəsislərimiz var, məsələn Mirəzim Zahidovu misal çəkmək isdərdim. Çox gözəl əməliyyat edir və əlində heç bir ölüm hadisəsi olmayıb. Mən onun paçenti olmamışam amma toplam olaraq cəmiyyət onun əl işlərindən danışır. Doldurulan dolğularda belə təbiyliyə üstünlük verən bir həkimdir. Əməliyyatda həkim təbiliyə üstünlük verərsə insanlar təbii simalrın dəyişməz.
Etik idarə etməkdəndən danışmaq isdərdim. Müəyyən kürsülərdə oturan insanlar artıq idarəcilikdə də təzyiq göstərə bilir. Sosial şəbəkələri açarkən bizi neqotiv xəbərləri görən kimi bizi incidən kimi, göyərmiş olan vücudlar, çılpaq görüntülər deyərdim ki, bəylərdə xanımları iyrəndirməyə gətirir çıxarır. Etika konsepsiyası var. Yəni etika konsepsiyası koperativ qanunların bitdiyi yerdən başlayır. Etika konsepsiyasında insanların gözləri bağlı olsada amma bilinir ki, kim hansı zaman hansı həkimin bədən şəkilləndirməyi üçün gedibdir. Hətdda deyərdim ki, bu bəzi bəylərin qıcığınada səbəb olur ki, mənim xanımım öncəsi vücudu və sonra kı vücidu göz qabağındadı. Təbii ki, bu bir anonim şəkildə olmalıdır. Bəli həkimin reklamı getməlidir, amma elə reklamlarda ailələrdəki qəddarlığa, amansızıqlara, amansız psixlərə, hətdda deyərdim ki, bu gün boşanmaların sayınada gətirib çıxara bilir. Bu gün bir necə xanımların simasına baxaraq 10-15 il əvvəlki doğal simalrı və mülayımlikləri, insanlıqları nə qədər çox sevirik ki, bu gün qınaq obyektinə çevirərək hətdda təhqir edici söhbətlərə gətirib çıxarır.Əməliyyat zamanı üz doğallıqları saxlasınlar, biz onları olduğu kimi sevirik, olduğu kimi qəbul edirik. Şəxsən mənim bir xanım və psixaloq kimi məsləhətim budur ki, əməliyyat etdirsəzdə simanızı təbəssüm yaradacaq bir sima kimi yaradın. Çünki dünyada iki başa düşüləcək bir dil var: onun biri təbbəsümdür, biridə başla veriləcək salamdır ki heç kim bunu pis qəbul etmir. Gəlin edilən əməliyyatlarda neçə-neçə gənc oğlanın iyrənməsinə nənəsi yaşında xanımlara meyl etməsinə gətirib çıxartmayaq. Gənc qızlarımızın bu əməliyyatlara hec etiyacları yoxdur.


Gənclik özü bir gözəllikdir, gəlin özümüz olaq.

Qələmə aldı
Yeganə Telmanqızı

Aytən Ələkbərova- Daxili mülayim görnüşcə bizi incidən baxışlar.