Sizin böyütduyünüz övladlarla xalq fəxr edir

Yeganə Telmanqızı yazır- Şərəfli tariximizi yazan şəhidlərimizin qəhrəman anaları.

Ey Şəhid anası! ağlama dik dur,
Düşmənin qəlbinə ağır zərbə vur.
De ki, cəsarətlə Vətən sağ olsun!
Ağlama anacan ölməyib oqlun,
Ən uca zirvədə o cənətdədir,
Allah hüzurunda itayətdədir!


Zaman ötür illər əsrlərə, əsrlər minilliklərə çevrilir, tarix dönür. Elə tarixi hadisələr var ki, heç vaxt unudulmur, daha çox xatırlanır. İnsanların yolunu işıqlı bir zirvəyə doğru aparır. Bu zirvə ən ali müqqədəs və şərəfli olan şəhidlik zirvəsidir. Şəhidlik adı ölüm deyil. Müqqədəs Quranda buyrulur ki, şəhidlik peyğəmbərlərdən sonra gələn addır. Şəhidlərin hər biri bütün Azərbaycanın övladıdır.
Bu gün şəhidləri dünyaya gətirən qəhrəman analarımız var. Siz elə övladlar böyütmüsünüz ki, bütün xalq onlarla fəxr edir. İndi ölkəmizdə həm də xarici ölkələrdə yaşayan elə bir azərbaycanlı tapmaq olmaz ki, Poladı, Mübarizi, Raqubu, Fəridi, Təbrizi, Allahverdini, Çingizi, Aqili, Muradı, Əbdülməcidi, Şülanı, Emili, Xəyyamı, Vüqarı, və diğər şəhid övladlarımızı tanımamış olsun. Azərbaycan xalqı üçün hər bir əsgəri dəyərli və əzizdir. Əlbəttə heç bir ana istəməz ki, müharibə olsun. Övladlarımız gənc yaşında həyatlarını itirsin. Vətən naminə dünyanın ən böyük sərvəti olan ömrünü qurban vermiş hər bir övladımız Azərbaycan tarixində qəhrəman kimi yaşayacaq. Şəhid olmuş hər bir oğul Azərbaycanın oğludur! Azərbaycan xalqının oğludur! Şəhid anaları dünyanın bütün analarından güclü analardı. Əziz analar sizin qəlbinizdə yaşayan ağrı və kədər hər bir Azərbaycan qadınının ürəyində yaşayır. Şəhid anaları heçdə balalarını doyunca görmədi. Onlar övladlarından doymadı. Bir daha çox sağ olun! Çox sağ olun ki, belə övladlar böyütmüsünüz. Bu gün demək olar ki, çox şəhidlərimizin övladları hərbiçi olmaq arzusundadır. Bu ondan irəli gəlir ki, şəhidlərimizin həyat yoldaşları övladlarına vətənini, torpağını, millətini sevməyi aşlayır qəhrəman, şəhid həyat yoladaşları ilə fəxr edirlər.
Dövlətimizin vətən oğullarına verdiyi qiymət, dəyər xalqın ürəyincə olub. Belə oğulların itkisini heç nəylə əvəz etmək mümkün deyil. Bu cür itkilərin ağrısını yalnız Qarabağın azad edilməsi ilə yüngülləşdirmək olar. O gün isə uzaqda deyil. Ədalətsiz, işğalcı siyasətin qarşısını almaq ücün bizim qəhrəman ordumuz var.


Əziz şəhid anaları mən bir ana kimi sizin qarşınızda baş əyirəm! Allahdan bütün şəhidlərimizə rəhmət, analarımıza səbr diliyirik!

Yeganə Telmanqızı
“İctimaixeber.com”


Sizin böyütduyünüz övladlarla xalq  fəxr edir