BİZ BİRLİKDƏ GÜCLÜYÜK - FOTOLAR

Mədəniyyətlərin Təbliği və Xalq Yaradıcılığına Dəstək ictimai birliyi “Biz birlikdə güclüyük” layihə işində nəzərdə tutulan fəaliyyətlərini Quba və Bakı şəhərlərində həyata keçirtmişdir.

Layihənin icrasında məqsəd, Azərbaycan dövlətiminin və hökumətinin COVID-19 virus pandemiyası zamanı ölkədə, əhalinin sağlıq durumunun mühafizəsi üçün aparılan mübarizə tədbirləri çərçivəsində maddi durumunun və sosial vəziyyətinin yaxşılaşdırılması tədbirlərinin dəstəklənməsidir.
Layihənin qarşıya qoyduğu əsas vəzifə isi Quba və Bakı şəhərində COVID-19 virus pandemiyası zamanı maddi vəziyyəti çətin duruma düşən, yardıma ehtiyacı olan imkansız insanlara o cümlədən həssas qruplardan hesab edilən qadınlara ərzaq yardımının edilməsidir.
Həyata keçirilən tədbirlər çərçivəsində Quba və Bakı şəhərlərində yaşayan 40 nəfər aztəminatlı ailəyə 50 azn məbləğində olan kupon şəkilində yardımlar edilmişdir. Kuponların ailələrə çatdırılması zamanı Azərpoçtun Bakı və Quba rayon filiallarının xidmətindən istifadə edilmişdir. Kuponlar “Oba” və “Bravo” marketlər şəbəkəsindən müqavilə bağlanaraq əldə edilmişdir. Bəzi narahatçılıqların və süni əngəllərin olmasına baxmayaraq, təşkilat üzvüləri tərəfindən bütün problemlər həll edilmiş və layihə üzrə nəzərdə tutulan tədbirlər uğurla başa çatmışdır.
Bütün dünyada pandemiya ilə bağlı vəziyyətin hər gün gərginləşməsinə rəğmən, xəstəliyin Azərbaycanda geniş yayılmaması üçün həyata keçirilən mükəmməl qabaqlayıcı tədbirlər, Dünya səhiyyə təşkilatının rəhbərinin də etiraf etdiyi kimi, nümunəyə çevrilmiş aparılan mübarizə metodları vəziyyətin normallaşmasına çox yüksək səviyyədə öz töhfəsini verməkdədir.
Mədəniyyətlərin Təbliği və Xalq Yaradıcılığına Dəstək ictimai birliyi də bir vətəndaş cəmiyyəti nümayəndəsi olaraq hər zaman dövlətimizin xalqımızın rifahı və sağlığı üçün həyata keçirdiyi bütün tədbirləri dəstəkləyirik.
Öz fəaliyyətimizlə hər zaman xalqımızın və dövlətimizin yanındayıq.


Mədəniyyətlərin Təbliği və Xalq Yaradıcılığına
Dəstək ictimai birliyini sədri
Laləndar Novruzova

BİZ BİRLİKDƏ GÜCLÜYÜK - FOTOLAR
BİZ BİRLİKDƏ GÜCLÜYÜK - FOTOLAR
BİZ BİRLİKDƏ GÜCLÜYÜK - FOTOLAR
BİZ BİRLİKDƏ GÜCLÜYÜK - FOTOLAR
BİZ BİRLİKDƏ GÜCLÜYÜK - FOTOLAR
BİZ BİRLİKDƏ GÜCLÜYÜK - FOTOLAR
BİZ BİRLİKDƏ GÜCLÜYÜK - FOTOLAR