Bakının İşğaldan Azad Olunmasının 102 İlliyi - FOTO\VİDEO

Nuru Paşanın rəhbərliyi ilə Qafqaz İslam Ordusunun Bakı şəhərini işğaldan azad etməsi- onlayn sərgi nümayiş olundu.

İctimaixeber.com xəbər verir ki, Türkiyənin Azərbaycandakı Səfirliyi və Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin təşkilatçılığı ilə "Nuru Paşanın rəhbərliyi ilə Qafqaz İslam Ordusunun Bakı şəhərini işğaldan azad etməsi"nin 102 illiyinə həsr olunmuş onlayn sərgi nümayiş olunmuşdur. Qeyd edək ki, layihənin koordinatorları çox saylı sərgi-tədbirlərlə dövlətlərarası, mədəniyyətlərarası dostluğun inkişafına hər zaman öz töhfələrini verən, vətənpərvərlikləri ilə seçilən Azərbaycan Rəssamlar İttifaqının üzvləri rəssam, təşkilatçı Elnurə və Aygün İsgəndərovalar idi.
Bu gün eyni zamanda Qafqaz İslam Ordusunun Bakını Bolşevik və Erməni işğalından azad etməsinin 102-ci il dönümü münasibəti ilə Türkiyənin Azərbaycandakı Səfirliyi tərəfindən Azərbaycanın millət vəkillərinin, akademiklərin, QHT-ları və media nümayəndələrinin də qatıldığı video konfrans təşkil olunmuşdur.

Bakının İşğaldan Azad Olunmasının 102 İlliyinə həsr olunmuş onlayn sərginin videosunu sizə təqdim edirik.

Yeganə Telmanqızı
“İctimaixeber.com”

Bakının İşğaldan Azad Olunmasının 102 İlliyi - FOTOVİDEO