QIRICILAR AZƏRBAYCAN SƏMASINDA

Azərbaycan və Türkiyə qırıcıları Gəncə üzərində birgə uçuşlar keçirdi

Bakının azad olunmasının 102-ci ildönümü ilə əlaqədar sentyabrın 15-də Gəncə şəhəri üzərində Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələri aviasiya vasitələrinin nümunəvi uçuşları keçirilib.

Bununla bağlı Müdafiə Nazirliyi məlumat yayıb.

Uçuşlara hər iki ölkənin döyüş təyyarələri və helikopterləri cəlb olunub.