Bu gündən Operativ Qərargahın qadağası qüvvəyə mindi

Bu gündən Bakı metrosu, habelə paytaxtda, Sumqayıt şəhərlərində, Abşeron rayonunda şəhərdaxili sərnişindaşıma ilə məşğul olan avtobuslar fəaliyyətini dayandırır.

İctimaixeber.com xəbər verir ki, xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, bu gün saat 00:00-dan 28 sentyabr saat 06:00-dək Bakı, Sumqayıt şəhərləri, habelə Abşeron rayonunda ictimai nəqliyyatın hərəkəti və Bakı metrosunda sərnişindaşıma fəaliyyəti dayandırılır.
Qeyd edək ki, ölkə ərazisində tətbiq olunan xüsusi karantin rejimi 2020-ci il 30 sentyabr saat 00:00-dək uzadılıb.