İdmançılar Bizim Milli Sərvətimizdir

Sərhəd Quliyev- Bəli bizdə bu sərvəti qoruyaraq Azərbaycanın idman tarixinə daha uğurlu qalibiyyətlər yazdıracayıq.

İctimaixeber.com xəbər verir ki, 24 oktyabr Sumqayıt şəhərində Azərbaycan Vahid Döyüş Sənətləri Mərkəzinin idmançıları və heyət arasında dəyirmi masa keçirildi. Dəyirmi masanı açmamışdan öncə Qarabağ uğrunda şəhid olanların xatirəsi 1 dəqiqəlik sükütla yad edildi. Ruhları şad olsun!
Azərbaycan Vahid Döyüş Sənətləri Mərkəzinin idarə heyəti və məşqıçılər arasında keçirilən dəyirmi masada idarə heyətinin üzvüləri və bölgə məşqiçiləri təyin olundu. Beləki mərkəzin baş məşqiçisi Sərhəd Quliyev, ümumi idarə heyətinin rəhbəri Şahvət Məmmədov, nizam intizam komitəsinin sədri Masib Vəliyev, məşqıçı müəllim 3 qat dünya çempionu, Avropanın gümüş mükafatçısı Xaliq Həsənov, profesional döyüş üzrə mütəxəsis 3 qat dünya çempionu İlham Əmirli, mətbuat xidmətinin rəhbəri İlin Trend İdmançı muxbiri Yeganə Telmanqızı təyin olundu. Azərbaycan Vahid Döyüş Sənətləri Mərkəzinin prezidenti Headmaster Cahid Quliyevdir.
Sonda Vahid Döyüş Sənətləri Mərkəzinin hakimlik sertifikatları təqdim olundu: Rəşad Ağalar oğlu İbadov Vahid Döyüş Sənətləri Mərkəzinin Bakı şəhərində keçirilən seminarında yüksək bacarıq göstərdiyinə görə baş hakim və 2-ci dan qara kəmər sertifikatına layiq görülərək Aran zonası üzrə direktor vəzifəsinə təyin olundu.

Profesional döyüşlərinin qalibi, əlbəyaxa və çoxmübarizəli döyüşlərinin idman ustası, 10 qat dünya və 5 qat Avropa çempionu, 4-cü dan kəmər ustası, Sərhəd Quliyev “İctimaixeber.com”sayıtına öz müsahibəsində bildirdi:

- Biz bu gün böyük iftixar hissi keçiririk ki, Azərbaycan saylı qələbə günlərini yaşayır və tezliklə respublikamızda “Milli Qələbə” günümüzü qeyd edəcəyik! Bizimdə fedarasimazın bir neçə idmançısı zəfərlə döyüşərək qəhrəmanlıqla şəhidlik zirvəsinə ucaldılar. Biz şəhidlərin ruhu qarşısında baş əyirik. Şəhid olan bacı, qardaşlarımıza Allahdan rəhmət, yaralı əsgərlərimizə tezliklə sağalaraq sıralarımıza dönməklərini arzulayıram. Yeganə xanım bir neçə dəfə sizdə şahidi olmusuz ki, Fedarasimazın idmançıları həmişə mötəbər yarışlarda uğurlu nailiyyətlərinə görə seçiliblər. Əsas amalımız odur ki, hər bir yarışa tam hazır olaq və hər zaman rəqibə qalib gələk. Azərbaycan Vahid Döyüş Sənətləri Mərkəzinin prezidenti Headmaster Cahid Quliyev başda olmaqla hər bir məşqiçi müəllim, hakim və idmançılar bütün var gücünü qoyaraq yarışlarda qələbə uğrunda tam mübarizə aparacaq. Bizim əsas məqsədimiz Azərbaycan Vahid Döyüş Sənətləri Mərkəzinin filialarını çoxaldaraq mərkəzimizi genişləndirməkdir. Qarşıda bizi böyük, vətənpərvər idman turnirləri və çempionatlar gözləyir. Arzum budur ki, yetişdirdiyimiz idmançılar dünya arenalarında Respublikamızı yüksək səviyyədə təmsil edərək Vətənə qızıl medallarala dönsünlər və daima himnimizi oxudurub, bayrağımızı dalğalandırsınlar. İdmançıların dostu cənab prezident İlham Əliyevin mükəmməl bir kəlamı var: ”İdmançılar Bizim Milli Sərvətimizdir.” Bəli bizdə bu sərvəti qoruyaraq Azərbaycanın idman tarixinə daha uğurlu qalibiyyətlər yazdıracayıq.

Xatırladaq ki, Azərbaycan Vahid Döyüş Sənətləri Mərkəzinin 30 məşqiçi müəllimi, 30 idman klubu 300-ə yaxın idmançısı var. Goranboy, Şirvan, Sabirabad, Astara, Bakı ətrafı kəndlər, Hacıqabul, Şimal zonasında fəaliyyət göstərir. Kikboksinq W1, W2, MMA W3 qrup versiyasında idman növlərində məşqlər keçirilir.
Bizdə “İctimaixəbər.com” informasiya portalı olaraq başda Azərbaycan Vahid Döyüş Sənətləri Mərkəzinin prezidenti Headmaster Cahid Quliyev olmaqla, bütün idarə heyətinin üzvülərinə, idmançıları dünyaya tanıdan məşqıçı müəllimlərə və idmançılara bol-bol qalibiyyətlər arzulayırıq. Azərbaycan Vahid Döyüş Sənətləri Mərkəzinin idmançıları hər zaman öndə olaraq Dünya, Avropa və Olimpia çemponatlarında uğurlar qazansınlar.


Yeganə Telmanqızı
“İctimaixeber.com”


İdmançılar Bizim Milli Sərvətimizdir
İdmançılar Bizim Milli Sərvətimizdir
İdmançılar Bizim Milli Sərvətimizdir
İdmançılar Bizim Milli Sərvətimizdir
İdmançılar Bizim Milli Sərvətimizdir
İdmançılar Bizim Milli Sərvətimizdir
İdmançılar Bizim Milli Sərvətimizdir
İdmançılar Bizim Milli Sərvətimizdir