Bölgələrdə Vətənpərvərlik Etüdləri+ FOTOLAR

“İctimaixeber.com”xəbər verir ki, “Abşeron” Gənclərin İnkişafı İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdiyi “Bölgələrdə vətənpərvərlik etüdləri” adlı layihə artıq başa çatmışdır.

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Mədəniyyət Nazirliyi ilə birgə elan etdiyi müsabiqədə qalib olan layihədə icra planında nəzərdə tutulmuş işlər uğurla başa çatdırılmışdı. Bu ilin avqust ayının 1-dən başlayan layihə respublikamızın müxtəlif bölgələrində mədəniyyət, xüsusilə rəssamlıq sahəsində fəaliyyət göstərən gənclərə dəstək olmaq, multikulturalizmin və tolerantlığın geniş inkişaf etdiyi ölkəmizdə yeniyetmə və gənclər arasında vətənpərvərliyin, milli dəyərlərin təbliğ olunması, bölgələrin tarixi-mədəni abidələrinin tanıdılması məqsədini daşıyır. Layihə çərçivəsində gənc rəssamların 200-ə yaxın müraciəti qeydə alınmış, ekspertlər tərəfindən seçilmiş 100 rəsm əsəri layihədə iştirak etmək üçün məqbul hesab edilmişdir. Ümumilikdə “Bölgələrdə vətənpərvərlik etüdləri” layihəsində 400 nəfərə yaxın gənc cəlb olunmuşdur. Layihədə demək olar ki, ölkəmizin bütün regionlarını təmsil edən gənc rəssamlar fəal iştirak etmişdir. Daxil olmuş rəsmlər qiymətləndirilmiş, qaliblər müəyyən edilmiş, həmçinin layihənin sonunda Facebookun room xidməti vasitəsilə gənc rəssamların və layihənin ekspertləri, Azərbaycan Rəssamlar İttifaqının üzvləri Aygün və Elnurə İsgəndərovaların iştirakı ilə onlayn görüş keçirilmişdir. Layihə ekspertlərinin və cəlb edilmiş digər rəssamların seçimi əsasında respublikamızın müxtəlif regionlarından xüsusən seçilmiş yeniyetmə və gənc rəssamlar müxtəlif naminasiyalar üzrə diplomlarla təltif edildilər.
Qeyd edək ki, ölkədə Covid -19 (koronavirus) pandemiyasına qarşı mübarizə tədbirləri ilə əlaqədar kütləvi tədbirlərin keçirilməsi qadağan edildiyindən layihə çərçivəsində hazırlanmış rəsm əsərlərinin sərgisinin keçirilməsi nəzərdə tutulmamışdır. Bununla əlaqədar, layihəyə qəbul olunmuş rəsm əsərləri “Abşeron” Gənclərin İnkişafı İctimai Birliyinin sosial şəbəkə hesablarında paylaşılmışdır.
Bizdə “İctimaixeber.com” informasiya portalı olaraq gənclərimizə vətənpərvərlik ruhunun aşılanmasında əvəzsiz rolu olan belə davamlı layihələrin davamlı olmasını arzulayırıq. Və biz də öz növbəmizdə bütün iştirakçıları təbrik edir, uğurlar arzulayırıq.

Yeganə Telmanqızı
“İctimaixeber.com”