Avropa çempionumuz cəbhədə vuruşur - FOTO

Qarabağın işğalçılardan azad olunması uğrunda döyüşlərdə Azərbaycan idmançıları da iştirak edir.

Onlardan biri də sərbəst güləş üzrə gənclər arasında Avropa çempionu və hərbçilər arasında keçirilən dünya çempionatının qalibi Qalib Əliyevdir. Bu barədə məlumatı Gəncə şəhəri 1 nömrəli Uşaq-Gənclər İdman-Şahmat məktəbi yayıb.


Avropa çempionumuz cəbhədə vuruşur - FOTO
Avropa çempionumuz cəbhədə vuruşur - FOTO
Avropa çempionumuz cəbhədə vuruşur - FOTO


Həmin məktəbin məşqçi müəllimi olan Qalib Əliyev yaralanıb. Əməliyyatdan uğurla çıxan Əliyev tezliklə silahdaşlarının yanına qayıdacaq.

Avropa çempionumuz cəbhədə vuruşur - FOTO


Qeyd edək ki, digər idmançılarımızdan MMA döyüşçüləri - Tofiq Musayev, Bəxtiyar Abbasov, güləşçi Əfqan Xaşalov, həmçinin “Qəbələ” klubunun prezidenti Fariz Nəcəfovla Güləş Federasiyasının vitse-prezidenti Firdovsi Umudov da müxtəlif cəbhələrdə ordumuza xidmət göstərir.