Şuşa şəhərində dalğalanan Azərbaycan bayrağı hansı dövlət binasına sancılıb?

Müdafiə Nazirliyi Şuşa şəhərinin işğaldan azad olunduğunu göstərən video yayıb. Həmin videoda Şuşa şəhərində bir dövlət binasında Azərbaycan bayrağının dalğalandığı görünür.

Bəs həmin dövlət binası hansıdır?

Ictimaixeber.com-ın əldə etdiyi məlumata görə, həmin bina Şuşa Rayon İcra Hakimiyyətinin inzibati binasıdır.

Qeyd edək ki, 2014-cü ilin avqustunda çəkilən aşağıdakı şəkildə həmin binanın üzərində erməni bayrağı ucaldılırdı. İndi isə Azərbaycanın üçrəngli bayrağı...