Vətəni qorumaq millət və dövləti qorumaqdır- FOTO

Quba sakini Quliyev Anar döyüşlərdə ağır yaralandı.

Qarabağ qazimizi tanıyaq: Anar Yaşar oğlu Quliyev 10 oktyabr 1995-ci ildə Quba rayon Amsar kəndində sadə Azərbaycanlı ailəsində dünyaya göz açmışdır. Anar ailənin kiçik övladıdır. İlk təhsilini 2002- 2013-ci illərdə Quba rayonu Amsar kənd tam orta məktəbində alır. Orta məktəbi 2013-ci ildə bitirərək Quba Dövlət Sosial İqtisadi kollecinə daxil olur və 2016-cı ildə kolleci yaxşı qiymətlərlə başa vurur. Anar təhsil illərində məktəbin ən fəal tələbələrindən biri olmuşdur. Kollecin tədbirlərində aktif iştirak edirək müəllimlərinin sevimlisinə çevrilir.
Təbiətən sakit olan bu oğlanda hər zaman bir fikir, bir amal olur. Vətənini, xalqını qoruyaraq, işğal olunmuş torpaqları yağı düşməndən azad etmək. Bu fikir həmişə onun həyat statosuna çevrilir. 23 oktyabr 2019- cu ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Quba Rayon Şöbəsindən həqiqi xidmətə çağrılır və ilk hərbi xidmətinin Goranboy şəhərində N saylı hərbi hissədən başlayır. Sonra Yevlax rayonunda(Mingəçevir stansiyası) xidmət edir.
27 sentyabr döyüş bölgələrinə ezam olunur və mərdliklə döyüşür. 13 oktyabr 2020-ci il tarixində Talişkənd, Suqovuşan(Madagiz) istiqamətində gedən ağır döyüşlərdə ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar olaraq döyüş tapşırını yerinə yetirərkən sağ ayağından yaralanır və sağ ayağı dizdən aşağı itirir. Anarın hərbi xidmətinin bitməsinə 5 ay qalmışdı.

İş adamı, xeyriyyəçi, Qarabağ döyüşçüsü Rafiq Xəlil Qarabağ qazisi Anar Quliyev haqqında bizə danışdı:

- Vətənpərvər ruhda böyüyən Azərbaycan gəncləri düşmənlə döyüşə hər an hazırdır. Hər bir Azərbaycan vətəndaşı 30 il səbirsizliklə torpaqlarımızın azad olunacağı günü gözləyirdi. Cəbhədə erməni təxribatına layiqli cavab verən şanlı Azərbaycan Ordusu qələbəni zəfərlə başa vurdu.
Anar vətəninə, torpağına, dövlətinə bağlı mərd bir oğuldur. Bəli vətən bədənimizin bir parçasıdır. Hər birimiz üçün vətəni sevmək, onu düşmənlərə verməmək və lazım olduğu zaman onun üçün canını vermək müqəddəs bir vəzifədir. Bu vəzifəni yerinə yetirərkən ölmək həyatdan şərəflə ayrılmaq, şəhid olub ən uca mərtəbələrə çatmaqdır, yaralanmaq isə şərəflə dönməkdir, qazilikdir. Qarabağ Azərbaycandır! fikirini Anar və Anarın timsalında olan Azərbaycan oğulları reallaşdıraraq tarix yazdılar. Biz belə oğullarla fəxr edirik!

Müəllifdən: Güldəstə ana, Yaşar ata siz düşmənə öz sözün deyə bilən, Azərbaycana dəyərli, tərbiyəli vətənpərvər övlad böyüdüb boya-başa çatdırdız. Əllərinizdən öpərək, sizə sonsuz təşəkkür edirik!


Qəhrəmanlarımızı unutmayaq ki, unudulmayaq!

Yeganə Telmanqızı
“İctimaixeber.com”


Vətəni qorumaq millət və dövləti qorumaqdır- FOTO
Vətəni qorumaq millət və dövləti qorumaqdır- FOTO
Vətəni qorumaq millət və dövləti qorumaqdır- FOTO