Koronavirus sürətlə yayılır

Günü -gündən koronavirusa yoluxmada artım müşahidə olunur. Yoluxma sayı sürətlə artmağa davam edərsə vəziyyət ürəkaçan olmayacaq.

İctimaixeber.com xəbər verir ki, baş infeksionist Təyyar Eyvazov hesab edir ki, karantin tədbirlərinin lazımi səviyyədə yerinə yetirildiyi təqdirdə azalmalar olacaq.

Əks halda pik nöqtə qaçılmazdır. Baş infeksionistin sözlərinə görə, koronavirusun simptomlarında heç bir dəyişiklik yoxdur.


O, son günlər koronavirus testinin nəticəsi pozitiv çıxan, ev şəraitində müalicə təyin olunsa da özünütəcrid qaydalarını pozaraq yaşadığı ünvanı tərk edənlərə də xəbərdarlıq edib.

Qeyd edək ki, son günlər bu kimi hallar paytaxt da daxil olmaqla bir çox rayonlarda müşahidə olunur. Koronavirus xəstəsi olanlar özünütəcrid qaydalarına əməl etmir və yaşadıqları ünvanları tərk edirlər. Bu isə ətrafdakılar üçün risk mənbəyidir. Polis belə şəxslərlə bağlı ciddi ölçü götürür, amma hələ də məsuliyyətini dərk etməyən insanlara rast gəlinir.