Tovuzda məktəbli dərs vaxtı sinif yoldaşı tərəfindən bıçaqlanıb

Tovuzda bıçaqlanma hadisəsi baş verib.

İctimaixeber.com xəbər verir ki, hadisə rayonun Dönük Qırıxlı kənd tam orta məktəbində qeydə alınıb.

Məktəbin 10-cu sinif şagirdi 2003-cü il təvəllüldü Qarayev Rəvan Pərviz oğlu bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdilib. Məktəbli dərhal əməliyyat edilib. Vəziyyətinin ağır olduğu bildirilir.
Q.Rəvanın valideynləri APA-ya bildiriblər ki, onların övladını məktəb yoldaşı dərs vaxtı bıçaqlayıb.

Hadisə ilə bağlı araşdırma başlanıb.