Sumqayıtda ölüm hadisəsi baş verib.

Sumqayıtda polis əməkdaşının ailəsində faciə: azyaşlı dəm qazından boğuldu

İctimaixeber.com xəbər verir ki, hadisə şəhərin 10-cu mikrorayonunda mənzillərdən birində qeydə alınıb. Belə ki, 2009-cu il təvəllüdlü Əmiraslanova Sevinc Elman qızı hamamda dəm qazından boğularaq ölüb.

Sumqayıt şəhər 28 nömrəli orta məktəbin şagirdi olan S. Əmiraslanovanın atası E. Əmiraslanov Sumqayıt Dövlət Yol Polisi Şöbəsinin əməkdaşıdır.

Faktla bağlı araşdırma aparılır.