Şəkidə biri azyaşlı olmaqla 4 nəfəri it dişləyib

İt dişləməsi xəsarəti ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

İctimaixeber.com xəbər verir ki, Şəkinin Qırxbulaq kənd sakinləri - 2014-cü il təvəllüdlü Vüsal Nadir oğlu Hüseynov, 2011-ci il təvəllüdlü Adəm Polad oğlu Əlili, 2008-ci il təvəllüdlü Əlifov Cəlal Cavanşir oğlu Əlifov və 2009-cu il təvəllüdlü Məhəmməd Fərid oğlu Kərimov it dişləməsi xəsarəti ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına daxil olublar.

Yaralılara xəstəxanada lazımi tibbi yardım göstərilib, quduzluğa qarşı peyvənd vurulduqdan sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıblar.