Azərbaycanda dəhşət: Ruhi xəstə atasını amansızlıqla qətlə yetirdi - YENİLƏNİB

Bərdə rayonunda oğulun atasını bıçaqlamasının təfərrüatı məlum olub.

İctimaixeber.com xəbər verir ki, qətl hadisəsi dünən axşam rayonun Mirzəxan kəndində baş verib.

Kənd sakinləri, 1969-cu il təvəllüdlü Mustafayev Namiq Əkbər oğlu atası, 1936-cı il təvəllüdlü Mustafayev Əkbər Kərim oğlu ilə mübahisə edib.

Onların mübahisələri davaya çevrilib. Nəticədə, ruhi xəstə olan N.Mustafayev Ə.Mustafayevin ürəyinə mətbəx bıçağını sancıb.

Ə.Mustafayev xəstəxanaya aparılsa da, həkimlər onun öldüyü bildiriblər.

Hadisəni törədən şəxs saxlanılıb. Onun barəsində qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb.