Goranboyda elektrovoz üç yaşlı qızı vurub öldürdü

Goranboyda elektrovoz üç yaşlı qızı vurub öldürüb.

APA-nın məlumatına görə, hadisə Muzdurlar kəndi ərazisində qeydə alınıb.

676 seriyalı 4301 nömrəli elektrovoz 2017-ci il təvəllüdlü Zeynəb Məmmədhəsənovanı vurub.

Azyaşlı aldığı xəsarətlərdən ölüb.

Faktla bağlı Goranboy rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.